Qaynar xətt

Sumqayıt sakinləri: “Yola çınqıl alıb tökdük, bələdiyyə gəlib qazdı, bərbad vəziyyətə saldı”

15 Noyabr, 2024
306

Toplum.TV

“İllərlə aidiyyəti qurumlara yazsaq da, nəticəsiz qalmışdı. Məcbur olduq ki, özümüz pul toplayıb məhəllənin yolunu səliqəyə salaq. Ancaq bir neçə gün əvvəl bələdiyyə gəlib yolu qazdı, yenə məhəlləni bərbad vəziyyətə saldı. İndi deyirik, qazmısız, gəlin düzəldin, deyirlər ki, bizlik deyil”.  

Sumqayıt şəhərinin Yaşıldərə adlanan ərazisinin sakinləri iddia edir ki, bir müddət əvvəl toplaşaraq öz vəsaitləri hesabına məhəllənin yollarını səliqəyə salmağa çalışıblar. Buna görə 40 ailə 20 manatdan toplayaraq yollara çınqıl alıb töküb. 

Ötən ayın sonunda sakinlər çınqıllı məhəllədə qazıntı aparıldığını görüblər: “Qazıntıya bələdiyyənin Zaur adlı əməkdaşı rəhbərlik edirdi. Kanallar qazırdılar. Biz həmin vaxt həmin əməkdaşa bildirdik ki, bu çınqılı biz kasıb insanlar balalarımızın yeməyindən, geyimindən kəsib pul toplayıb, əziyyətlə alıb tökmüşük yola. Heç olmasa qazıntı aparandan sonra səliqəyə salacaqsızmı yolu? Dedi ki, əlbəttə, narahat olmayın, işlər yekunlaşandan sonra yol səliqəyə salınacaq, dövlət diqqət göstərir”.  

Amma sakinlərin sözlərinə görə, işlər başa çatsa da, yollar bərbad vəziyyətdə qalıb. Yağış yağanda məhəlləni su basır: 

“İndi vəziyyət əvvəlkindən də pisdir. Yağış yağanda uşaqlar məktəbə gedə bilmir. Əlacsız qalmışıq. Dəfələrlə müraciət etmişik, deyir ki, bu məsələ bizlik deyil. Hara müraciət edək, kimə deyək, bilmirik”. 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu deyilənlərin onlara aidiyyəti yoxdur, məhəllədaxili yollar ərazi üzrə bələdiyyənin fonduna toplanmış vəsait hesabına təmir olunur. 

Toplum TV Sumqayıt Şəhər Bələdiyyəsindən Zaur Məmmədovla əlaqə saxlayıb. O, bildirib ki, Yaşıldərə adlanan ərazidəki qazıntıların bələdiyyə ilə heç bir əlaqəsi yoxdur: “Orda bir oğlandır, məhəlləni çəkib “Tik-tok”a da qoyur, mənim adımı çəkir ki, guya o işlər mənlikdir. Bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Orda sakinlər özləri “Azərsu” ASC-yə müraciət ediblər, sənəd toplayıblar, kanalizasiya xətti çəkilir. Bu işləri niyə bələdiyyəyə bağlayırlar, bilmirəm”, - Zaur Məmmədov deyib.

Beləliklə, nə Sumqayıt Şəhər İcra Hakimiyyəti, nə də Sumqayıt Şəhər Bələdiyyəsi yolu təmir etmək istəyir, sakinlərsə ikinci dəfə öz hesablarına yol çəkməyə gücləri çatmadığını deyirlər. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo