Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr, 2024
20

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər.

Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb. 

“Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir. 

Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?”

Polis keçmiş hərbçiləri Prezident Administrasiyasının Nərimanovdakı qəbul şöbəsinə yönləndirib. Qəbulda onlara deyilib ki, problemləri həll ediləcək.

Müdafiə Nazirliyindən isə ToplumTV-nin suallarına cavab almaq cəhdləri baş tutmayıb. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

Sumqayıt sakinləri: “Yola çınqıl alıb tökdük, bələdiyyə gəlib qazdı, bərbad vəziyyətə saldı”

15 Noyabr 2024

Toplum.TV

“İllərlə aidiyyəti qurumlara yazsaq da, nəticəsiz qalmışdı. Məcbur olduq ki, özümüz pul toplayıb məhəllənin yolunu səliqəyə salaq. Ancaq bir neçə gün əvvəl bələdiyyə gəlib yolu qazdı, yenə məhəlləni bərbad vəziyyətə saldı. İndi deyirik, qazmısız, gəlin düzəldin, deyirlər ki, bizlik deyil”.   Sumqayıt şəhərinin Yaşıldərə adlanan ərazisinin sakinləri iddia edir ki, bir müddət əvvəl toplaşaraq öz vəsaitləri hesabına məhəllənin yollarını səliqəyə salmağa çalışıblar. Buna görə 40 ailə 20 manatdan toplayaraq yollara çınqıl alıb töküb.  Ötən ayın sonunda sakinlər çınqıllı məhəllədə qazıntı aparıldığını görüblər: “Qazıntıya bələdiyyənin Zaur adlı əməkdaşı rəhbərlik edirdi. Kanallar qazırdılar. Biz həmin vaxt həmin əməkdaşa bildirdik ki, bu çınqılı biz...
Qaynar xətt

Şikayətçi: "Savadsızlığımızın ucbatından bizi aldatdı"

13 Oktyabr 2023

Toplum TV

Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.

Seçilmiş Videolar

Toplum TV loqo