Bərdə xəstəxanasından şikayət - "O boyda rayon 1 rentgen aparatının ümidinə qalıb”
Açıq mənbələrdən götürülüb
“Artıq 1 ildən çoxdur ki, Bərdə rayonunda kompüter tomoqraf (KT) cihazı və rayon poliklinikasında rentgen aparatı işləmir, digər 1 rentgen aparatı qismən işləyir. Qısası, o boyda rayon 1 rentgen aparatının ümidinə qalıb”.
Bu barədə ictimai fəal, infeksionist Aydın Əliyev “Feysbuk” hesabında yazıb.
O bildirib ki, tibbi texnika olmadığından əhali rentgen və KT xidmətindən məhrum olub:
“Səhiyyəyə ayrılan bu qədər pullar, əhalidən və müəssisələrdən yığılan bu qədər tibbi sığorta pulları hara gedir?”
https://toplum.tv/qaynar-xett/muharibe-istirakcisi-medal-alib-ancaq-veteranliq-ala-bilmir
“Toplum TV” sözügedən məsələni dəqiqləşdirmək üçün Bərdə şəhər poliklinikası ilə əlaqə saxlayıb.
Bərdə rayon poliklinikasının işçiləri kompüter tomoqrafiya apartının işləmədiyini təsdiqləyiblər. Bildiriblər ki, aparat bir müddətdir işləmir. Nə zaman işləyəcəyini isə bilmirlər.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından da oxşar cavab verilib: “Aparatın işləməməsi barədə müvafiq orqanlara müraciət etmişik. Ancaq tomoqrafiya cihazının hissələri tapılmır”.
Poliklinikanın həkimləri aparatın olmaması səbəbindən xəstələri rayondakı “Ömürdən Pay” klinikasına yönləndirir. Bu xəstənada isə kompüter tomoqrafiyasının qiyməti 60 manatdan başlayır.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilovanın açıqlamasına görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasında mövcud olan kompüter tomoqrafiya cihazı 2009-cu ildən fəaliyyətdədir və köhnə versiya diaqnostika cihazı olduğu üçün onun ehtiyat hissəslərinin alınması, eləcə də təmiri çətinlik yaradır.
“Bu baxımdan yeni cihazın alınması üçün təkliflər hazırlanıb və tender yolu ilə alınması nəzərdə tutulub. Rentgen aparatının da alınması və yenilənməsi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə Z.Ədilova bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”