Qaynar xətt

Zaqatala sakini: Qızımın ölümündən sonra həkimlər daha bir ananı və körpəsini öldürdülər

20 İyul, 2022
1218

Zaqatala rayon sakini Eyvaz Mahmudov deyir ki, qızı Rəna Ramazanova doğuşdan bir gün sonra rayon Mərkəzi Xəstəxanasının həkimlərinin laqeydliyi ucbatından vəfat edib.

“Qızım martın 19-da Zaqatala rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə ikinci dəfə ana olub. Əməliyyat normal keçsə də,  sonradan vəziyyəti pisləşib və o , martın 20-dən 21-ə keçən gecə vəfat edib. Mənim 26 yaşlı qızımın qatili olan həkimlər Mehriban Hüseynova, Rəna Sultanova və onların himayədarı baş həkim Məcid Əliyev rahat şəkildə heç bir cəza çəkmədən gəzir”.

Valideyn baş verən hadisənin araşdırılmasını, həmin həkimlərin cəzalandırılmasını tələb edir.

“Mən 4 aydır ki, həmin həkimlərin cəzalandırılmasını gözləyirəm. Ancaq nə şikayətimə baxan var, nə də dinləyən. Artıq o həddə çatmışam ki, qızımın həyatına son qoyan o  həkimlərin cəzasını özüm kəsim. Qızımın 6 yaşlı bir oğlu və yenicə doğulmuş körpə qızı anasız qaldı”.

https://toplum.tv/sosial/zaqatala-xestexanasinda-ana-olumu-qizimin-qatilleri-hekimlerdir

Şikayətçi Eyvaz Mahmudov iddia edir ki, həkimlərdən Rəna Sultanovanın qardaşı yüksək vəzifədə işlədiyi üçün onun şikayəti ünvanına çatmır.

“Əlimdə qızımın “həkimlər yoxdur, baxan yoxdur, ölürəm” deyərək imdad diləyən səs yazısı olmasaydı, mən onları günahlandırmazdım. Mənim qızım həkim səhlənkarlığının qurbanı olub. Bu haqda Prezident Administrasiyasına, Mehriban Əliyevaya, Baş prokurorluğa, Ombudsmana müraciət etsəm də, bir nəticəsi yoxdur. Fakt əldə ola-ola, həkimlərin vicdansızlığı, savadsızlığı ortada ola-ola bu qədər uzun istintaq necə ola bilər?”

Valideynin sözlərinə görə, qızının ölümündən sonra ona kəskin ürək və ağciyər çatışmazlığı, tromboemboliya diaqnozu qoyulub, məqsəd də qızının xəstə olduğunu deməklə həkim səhlənkarlığından diqqəti yayındırmaqdır.

“Respublikanın Baş prokuroru Kamran Əliyev Zaqatala rayonunda vətəndaşları qəbul edirdi. Getdim məsələni danışdım, dedi ki, iş nəzarətdədir, baxılacaq. Qızımın ölümündən sonra həkimlər daha bir ananı və ondan bir az sonra isə körpəsini öldürdülər. Bu həkimlər cəzalandırılmasa, daha çox valideynlər gözü yaşlı, uşaqlar anasız qalacaq”.

https://toplum.tv/sosial/zaqatalada-ana-ve-usaq-olumunun-sebebi-dediler-ki-onun-adami-var-bes-men-adam-deyilem-usagimi-oldurursunuz

Baş prokurorluğun mətbuat xidmətinin böyük prokuroru  Kənan Zeynalov Toplum TV-nin sorğusuna cavab olaraq bildirir ki, ekspertiza nəticəsindən sonra müvafiq qərar qəbul ediləcək:

“Həmin vətəndaş iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda  qəbul edilməklə müraciəti nəzarətə götürülüb. Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.

Məsələni diqqətdə saxlayacağıq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo