Dünya

Madaqaskar prezidenti etirazlardan sonra ölkəni tərk edib 

14 Oktyabr, 2025
126

Foto: AP

Madaqaskarın prezidenti etirazlar fonunda ölkədən qaçıb. 

Bunu ölkənin müxalifət lideri və rəsmilər oktyabrın 13-də bildirib. 

Bu, son həftələrdə Nepaldan sonra dünya miqyasında “Z nəsli  etirazları"nın ikinci dəfə bir hökuməti devirməsi deməkdir. 

Müxalifətin parlamentdəki lideri Siteni Randrianasoloniaiko “Reuters”ə bildirib ki, prezident Andri Rajuelina oktyabrın 12-də ordunun bəzi qoşunlarının etirazçılara qoşulmasından sonra Madaqaskarı tərk edib.

“Biz prezident administrasiyasının əməkdaşları ilə əlaqə saxladıq və onlar onun ölkəni tərk etdiyini təsdiqlədilər”, – Randrianasoloniaiko deyib. 

Müxalifət lideri əlavə edib ki, Rajuelinanın hazırkı yeri məlum deyil.

Oktyabrın 13-ü gecə “Facebook” vasitəsilə xalqa müraciətində Rajuelina "həyatını qorumaq üçün təhlükəsiz bir yerə getməyə məcbur qaldığını" bildirib. O, harada olduğunu açıqlamayıb, lakin qətiyyətli görünərək “Madaqaskarın məhv olmasına icazə verməyəcəyini” deyib.

Hərbi mənbə “Reuters”ə bildirib ki, Rajuelina oktyabrın 12-də Madaqaskardan Fransa hərbi təyyarəsi ilə uçub. Fransız radiosu "RFI" isə onun Fransa prezidenti Emmanuel Makronla razılaşma əldə etdiyini xəbər verib.

Sülh Sammiti üçün Misirdə olan Makron jurnalistlərin sualına cavabında Fransanın Rajuelinanın ölkədən qaçmasına kömək etdiyi barədə məlumatları dərhal təsdiqləyə bilməyəcəyini bildirib. O əlavə edib ki, Madaqaskarda konstitusiyalı nizam qorunmalıdır və Fransa ölkənin gənclərinin narazılıqlarını başa düşsə də, bu narazılıqların hərbi qruplar tərəfindən istismar edilməməsi vacibdir. 

Keçmiş Fransa koloniyası olan Madaqaskarda sentyabrın 25-də su və enerji çatışmazlığı ilə bağlı etirazlar başlayıb, lakin qısa zamanda korrupsiya, pis idarəçilik və əsas xidmətlərin olmaması kimi daha geniş narazılıqlara görə üsyana çevrilib.

Bu qəzəb son dövrlərdə Nepal və Mərakeş də daxil olmaqla bir sıra ölkələrdə hökmran elitalara qarşı baş verən etirazlarla oxşarlıq göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo