Siyasət

Ruslan İzzətli yazır: “Rusiya Cənubi Qafqazdan imtina etməyəcək”

4 noyabr, 2026
10

şəxsi arxivi

“Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Cənubi Qafqazda Rusiya, Türkiyə və İranın təsiri barədə yazıb.

Ruslan İzzətlinin yazısını olduğu kimi təqdim edirik.

“Rusiya-Ukrayna müharibəsinin necə nəticələnməsindən asılı olmayaraq, Rusiya iki əsrdir təsir dairəsində saxladığı Cənubi Qafqazdan imtina etməyəcək. Cənubi Qafqaz ölkələrindən kim Moskvanın çətiri altında olmaqdan imtina edəcəksə, sərt reaksiya görəcək. Necə ki, 2008-ci ildə Saakaşvili iqtidarının Moskvanın çətirindən imtinası ərazilərinin işğalı ilə nəticələndi.

Cənubi Qafqazda Saakaşvilidən sonra ikinci cəhdi Ermənistan etməyə çalışır. Paşinyanın qərbyönlü siyasətinə Putin “Qarabağ kartı” ilə cavab verdi. Ənənəvi müttəfiqi İrəvanı İkinci Qarabağ müharibəsində tək qoydu. Ümumiyyətlə, Moskva “Qarabağ kartı” ilə müxtəlif dövrlərdə Azərbaycan və Ermənistanı təzyiq altında saxlayıb, cəzalandırıb.
1992-ci ildə Elçibəy iqtidarını cəzalandırmaq üçün “Qarabağ kartı”ndan necə istifadə etdisə, 2020-ci ildə də Paşinyan iqtidarını cəzalandırmaq üçün istifadə etdi.

Bu gün Moskvanın əlində “Qarabağ kartı” olmasa da, Yerevana və Bakıya təzyiq etmək üçün kifayət qədər siyasi-iqtisadi vasitələri var. Yerevanın Moskvanın təzyiqləri qarşısında dayanıqlı olması regionda sülhün hakim olması deməkdir. Bu yöndə Bakı və Yerevan siyasi-iqtisadi baxımdan birlikdə addım atmalıdırlar.
Öncə Ankara və Yerevan tez bir zamanda sərhədləri açmalıdırlar. Türkiyənin regiona girməsi vacibdir. Moskva və Tehrana alternativ olaraq Ankaranın regionda möhkəmlənməsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin davamlılığı üçün önəmlidir.

Bakının son günlər Ankara ilə münasibətlərinin soyuması regionda güclənməyə çalışan Moskva-Tehran ikilisinin maraqlarına xidmət edir.
1918-ci ildə də, İkinci Qarabağ müharibəsi dövründə də dövlətimizin, millətimizin yanında olan Türkiyə şimaldan və cənubdan gələn təhlükələr qarşısında əsas müttəfiqimizdir. Əliyev hakimiyyəti şəxsi maraqları çərçivəsində dövlət maraqlarımızı təhlükəyə atıb, əbədi müttəfiqimiz Türkiyə ilə münasibətlərimizin zərər görməsinə çalışmamalıdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Əfqan Sadıqov siyasi şüarlar səsləndirdikdən sonra məhkəmədən çıxarılıb

4 noyabr 2026

sosial media

Noyabrın 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Jurnalistin yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Sadıqov məhkəmə zalına əlləri qandallı, beş konvoy əməkdaşının müşayiəti ilə gətirilərək şüşə kabinəyə yerləşdirilib. Hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimlinin müvəkkilinin şüşə kabinədən çıxarılaraq yanında əyləşdirilməsi barədə vəsatəti təmin edilsə də, onun qollarındakı qandal açılmayıb. Hakim iş üzrə yeddi nəfərin zərərçəkmiş şəxs kimi tanındığını, onlardan üçünün məhkəmə iclasında iştirak etdiyini bildirib. Dövlət ittihamçısı Taleh Səfərov ittiham aktının nəticə hissəsini oxuyub. Sadıqov ittihamda yazılanların hamısının yalan olduğunu deyib. O, jurnalist...
Siyasət

“Mütəşəkkil dəstə”dən penitensiar sistemin rəhbərliyinə: ‘Məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?’

4 noyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov penitensiar müəssisələrdə tibbi xidmətin təşkili ilə bağlı açıq məktub ünvanlayıblar. Özlərini “Mütəşəkkil dəstə” aldandıran müraciət müəllifləri penitensiar sistemdə tibbi kadr çatışmazlığının, gecə saatlarında təcili tibbi yardıma çıxışın və tibbi avadanlıqlardan istifadənin problem olaraq qaldığını bildirirlər. “Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum olunan Ramil Babayev həm Bakı İstintaq Təcridxanasında (BİT), həm də Umbakı Penitensiar Müəssisəsində (PM) keçirdiyi aclıq aksiyalarında məhbuslara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasını tələb etdiyini bildirib. Babayevin sözlərinə görə, Umbakı PM-də aclıq etdiyi dövrdə Ombudsman Aparatının əməkdaşları...

Seçilmiş Videolar

Toplum TV loqo