Dünya

Nobel mükafatçısı Paşinyana müxalif hərəkata qoşulub

14 Oktyabr, 2025
111

Foto: açıq mənbədən götürülüb

İqtisadiyyat üzrə Nobel mükafatçısı Daron Acemoğlu Ermənistan baş naziri Nikol Paşinyana müxalif olaraq yaradılmış hərəkata qoşulub. 

"Bizim Yol" adlanan, Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyan tərəfindən yaradılan hərəkat Acemoğlunun iqtisadi məsləhətçi kimi qoşulduğunu açıqlayıb. 

Hərəkatın koordinatoru Narek Karapetyan Acemoğlunun hərəkatın milli inkişaf strategiyasını formalaşdıracaq işçi qrupunda iştirak edəcəyini mətbuata təsdiqləyib və bunu “Ermənistan iqtisadiyyatını müasir əsaslar üzərində yenidən qurmaq üçün mühüm tərəfdaşlıq” adlandırıb. 

Türkiyə ermənisi olan Acemoğlu ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun professoru və dünyanın ən nüfuzlu iqtisadçılarından biridir. 

O, 2024-cü ildə həmkarları Ceyms Robinson və Saymon Conson ilə birlikdə “rifahın mənşəyi və inkişafın siyasi iqtisadiyyatı” mövzusundakı araşdırmalarına görə Nobel İqtisadiyyat Mükafatına layiq görülüb. 

Onların tədqiqatları göstərib ki, inklüziv (hamını əhatə edən) siyasi və iqtisadi institutlar davamlı inkişafa gətirib çıxarır, istismarçı sistemlər isə durğunluğa səbəb olur. Bu ideyalar Acemoğlu və Robinsonun 2012-ci ildə nəşr olunan “Millətlər Niyə Uğursuzluğa Uğrayır?" adlı bestseller kitabında geniş müzakirə olunur. 

2018-ci ildə Ermənistanda Məxməri İnqilabdan sonra Paşinyanın yaratdığı hökumət Acemoğlunu iqtisadi islahatlar üzrə məsləhətçi kimi dəvət etmişdi. Sonradan hökumət Acemoğlunun təklif etdiyi islahat planını qəbul etmədiyini açıqlamış və beləliklə, əməkdaşlıq başlanmadan bitmişdi.

Həbsdə olan Samvel Karapetyan tərəfindən təsis edilən “Bizim Yol” hərəkatı 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanda ən çox müzakirə olunan yeni siyasi qüvvələrdən birinə çevrilib. 

Rusiya mərkəzli "Tashir Group" holdinqinin sahibi və Ermənistanın ən varlı şəxslərindən biri olan Karapetyan iyun ayında hökumətlə kilsə arasında yaranmış qalmaqal zamanı Ermənistan Apostol Kilsəsini açıq şəkildə müdafiə etdikdən sonra “hakimiyyəti ələ keçirməyə çağırış” ittihamı ilə həbs olunub. 

Narek Karapetyan bildirib ki, “Bizim Yol” üç ay ərzində baş nazirliyə namizədini açıqlayacaq və həmin vaxt hərəkat rəsmi olaraq siyasi partiya kimi qeydiyyatdan keçəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo