Dünya

Tramp "rüsum müharibəsinə" start verdi

3 Fevral, 2025
19

Anna Moneymaker/Getty Images

ABŞ prezidenti Donald Tramp fevralın 1-də Meksika və Kanada mallarına 25%, Çin mallarına isə 10% rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Tramp Kanada neftinə daha az - 10% rüsum tətbiq olunacağını və bu dəyişikliklərin fevralın 18-də qüvvəyə minəcəyini bildirib.

O, daha əvvəl bəyan etmişdi ki, bu addım ABŞ sərhədlərini keçən çox sayda qeyri-qanuni miqrantın, eləcə də qonşu ölkələrlə ticarət kəsirinin aradan qaldırılmasına yönəlib.

Tramp Avropa İttifaqından idxal edilən mallara da rüsum tətbiq edəcəyini və bunun "çox yaxında" baş verəcəyini deyib (bit.ly/bbcrussian).

“Onlar bizim maşınlarımızı, kənd təsərrüfatı məhsullarımızı almırlar.  Onlar bizdən, demək olar ki, heç nə almırlar, amma biz onlardan hər şeyi alırıq: milyonlarla avtomobil, böyük miqdarda ərzaq və kənd təsərrüfatı məhsulları. Dünyanın, demək olar ki, bütün ölkələrii ABŞ-ı soyur" - Tramp belə deyib.

O, Britaniya üçün də rüsumların artırıla biləcəyini istisna etməyib. 

"Bloomberg" daha əvvəl yazmışdı ki,  Avropa Komissiyası Vaşinqtonun idxal rüsumlarını artırmasına sərt cavab verməyə hazırlaşır.

Kanada, Meksika və Çin cavab tədbiri olaraq Amerika mallarına rüsumları artıracaqlarını bəyan ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanın nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırdı

3 Fevral 2025

sosial media

Gürcüstanın AŞPA-dakı nümayəndələri qurumdakı fəaliyyətlərini dayandırdılar.  Qərar ölkə parlamentinin büro iclasında qəbul olunub. “Biz Assambleyayla bu şərtlər altında işləyə bilmərik. Avropa Şurası Parlament Assambleyası demokratiyaya və xalqların iradəsinə hörmətə əsaslanan fundamental dəyərlərinə qayıtmalıdır. Biz bir-birimizin suverenliyinə hörmət etmiriksə, vətəndaşların demokratik seçimlərinə hörmət etmiriksə beynəlxalq əməkdaşlıq prinsiplərini müzakirə etmək son dərəcə çətinləşir. Həm “Gürcü Arzusu”, həm də “Xalqın Gücü” AŞPA-dakı üzvlərini geri çağırmaq barədə qərar qəbul ediblər” - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili belə deyib.  
Dünya

Tramp insan haqlarından danışdı 

3 Fevral 2025

USA Today

ABŞ prezidenti Donald Tramp Cənubi Afrika Respublikasına maliyyə yardımını dayandıracağını bildirib. O özünün “Truth” sosial şəbəkəsində yazıb ki, CAR-da torpaqlar müsadirə olunur və “müəyyən təbəqələrə” son dərəcə pis münasibət göstərilir. Tramp hansı halları və ya təbəqələri nəzərdə tutduğunu açıqlamayıb, amma CAR-da insan haqlarının ABŞ-ın dözməyəcəyi həddə pozulduğunu vurğulayıb.  CAR rəsmiləri onun dediklərinə hələ ki münasibət bildirməyiblər. “Reuters” ABŞ hökumətinin son açıqlamalarına istinadən yazır ki, 2023-cü ildə Amerikanın bu ölkəyə yardımının ümumi həcmi təxminən 440 milyon dollar təşkil edib. CAR-ın prezidenti, G20-nin hazırkı sədri Siril Ramafosa daha əvvəl Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyini və ABŞ-la əməkdaşlığın davamına ümid etdiyini bildirib. ...

Seçilmiş Videolar

Toplum TV loqo