Məhkəmə

İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub

7 Yanvar, 2025
1028

Möhyəddin Orucov/şəxsi arxiv

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə iclasında ara qarışıb, təqsirləndirilən şəxsə və məhkəməni izləməyə gələnlərə qarşı Penitensiar Xidmətin əməkdaşları tərəfindən təzyiq göstərilib. 

Səbəb dövlət ittihamçısının Möhyəddin Orucovun polis şöbəsində üzərinə baxış keçirilməsi ilə bağlı videogörüntülərin məhkəmədə nümayiş etdirilməsini istəməsi olub. 

Vəkil Nazim Musayev buna etiraz edib. O bildirib ki, iş üzrə üç şahiddən bu gün cəmi biri dindirilib, hələ dindirilməmiş iki şahid olduğuna görə görüntülərin nümayiş etdirilməsi qanunaziddir. 

“Kamera görüntüləri sübutlar siyahısındadır və yalnız dindirilmələr başa çatdıqdan sonra sübutların dəyərləndirilməsi mərhələsində baxış keçirilə bilər”, vəkil deyib. 

Hakimsə prokurorun vəsatətini təmin edib və videogörüntülərin məhkəmə zalında nümayiş etdirilməsinə qərar verib. İlk saniyələrdə görüntülərdə otaqda polis əməkdaşları və Möhyəddin Orucov görünüb. Təqsirləndirilən şəxsin vəkili və Möhyəddin Orucovun məhkəmə zalında əyləşən atası görüntülərin nümayişinə etiraz edib. 

Penitensiar Xidmətin işçiləri şüşə qəfəsə daxil olaraq M.Orucovu şüşəyə sıxışdırıblar. Danışmaması üçün əlləriylə ağzını tutublar, qollarını arxadan qandallayıblar. Dustaqla kobud davranış məhkəmə zalında oturanların etirazına səbəb olub. Bu zaman Penitensiar Xidmətin əməkdaşları məhkəmə zalında əyləşənləri də kobud şəkildə zaldan çıxarmağa başlayıblar. Nəzarətçilər adamlara qarşı kobud davranıblar və küçə söyüşlərindən istifadə ediblər. Zaldakıları itələdikləri üçün məhkəməni izləməyə gələnlərdən Sara Rəhimovanı yerə yıxıblar. Möhyəddin Orucovun ailə üzvlərinə qarşı da kobudluq olub. 

Bir il əvvəl həbs olunan ictimai fəal narkotikin qanunsuz dövriyyəsində təqsirləndirilir. Ötən məhkəmə iclasında isə Möhyəddin Orucov bildirmişdi ki, işlədiyi Transformator Zavodunda işçilərin əmək hüquqlarının pozulması ilə bağlı dövlət qurumlarına şikayət edib və bundan sonra rəhbərliyin sifarişi ilə polis tərəfindən şərlənib.

İşçi Masası Həmkarlar İttifaqının ümumilikdə dörd üzvü həbsdədir. Onlar həbslərini ölkədə işçi hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətlərilə əlaqələndirirlər.

Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Həbsdə olan ictimai fəalın atası insult keçirib

13 İyul 2025

Foto: Sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü atası Şahbəddin Orucov işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  Bu barədə Toplum TV-yə ictimai fəalın ailəsi və “İşçi Masası”nın İdarə Heyətinin üzvü Tural Fərzili məlumat verib. Məlumata görə, iyulun 10-u gecə saatlarında Ş.Orucovun qəfildən halı pisləşib və o, Nizami Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. T.Fərzili bildirir ki, Ş.Orucov iyulun 12-də reanimasiyadan palataya köçürülüb və müalicəsi davam etdirilir. “Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı  avtomobilə 40 min manatdan çox saxta cərimə qoyaraq Ş.Orucovun əlindən aldılar. Bundan sonra isə onun halı günü-gündən pisləşməyə başladı”, - deyə Tural Fərzili...
Məhkəmə

“Toplum TV işi” üzrə növbəti məhkəmə olacaq

13 İyul 2025

Foto: Toplum TV

İyulun 14-də “Toplum TV işi” üzrə həbs olunanların növbəti məhkəmə prosesi olacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq iclas saat 10:00-a təyin olunub. Ötən prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov öncəki iclasdakı çıxışına davam edib.  Həmçinin, Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatətlər qaldırıb. Vəsatətlərin birində o, hökumətyönlü mediada haqqında gedən, istintaq sirri olduğu iddia edilən yazıların araşdırılmasını istəyib.  Hakim ondan növbəti iclasda sözügedən yazıların ekran görüntülərini (“skrinşot”) təqdim etməsini istəyib.  2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisində əməliyyat keçirib və qapısını möhürləyib.  “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb....

Seçilmiş Videolar

Toplum TV loqo