İqtisadiyyat

İqtisadi geriləmə və staqnasiya riski: Hindistan möcüzəsinin sonu?

3 Fevral, 2025
452

sosial media

Hindistanın builki  büdcəsinin açıqlanması həmişəkindən daha böyük hadisə sayılırdı, çünki ölkənin gələcəyi baxımından vacib olan suala cavab veriləcəkdi: dünyanın beşinci ən böyük iqtisadiyyatının yavaşlamasına və bazarlardakı tənəzzülə qarşı hansı addımları atacaq?

İlin bu ən böyük iqtisadi hadisəsi gözləntiləri doğrultmadı. Məlum oldu ki, hökumət bir vaxtlar bütün dünyanın həsəd apardığı 8%-lik sürətli artımı bərpa edə biləcək uzunmüddətli və geniş miqyaslı islahatları yox, orta sinfin vergilərini azaltmaq hesabına qısamüddətli yüksəliş xəttini seçib

Eyni zamanda, büdcə layihəsi Hindistanın pandemiyadan sonrakı əsas hədəflərindən olan kapital xərclərə və infrastruktura da diqqətin azaldıldığını ortaya qoyub. 

COVID-19 pandemiyasından sonra hökumət investisiyalar vasitəsilə iqtisadiyyata təkan vermək üçün kapital xərclərini kəskin şəkildə artırsa da, yeni iş yerlərinin yaradılması və əməkhaqqı artımı zəif templə irəlilədiyindən bu strategiya indiyə qədər öz bəhrəsini verməyib. 2025-26-cı illərdə əsas xərclər üçün 11,2 trilyon rupi nəzərdə tutulsa da, vergilərin 1 trilyon rupi (11,56 milyard dollar) məbləğində azaldılması infrastruktur xərclərini artırmaq imkanlarını da məhdudlaşdırıb.

Sürətli artımı bərpa etmək və Hindistanın gənc əhalisini işlə təmin etmək strategiyasının əks olunmadığı büdcə həm analitikləri, həm də son aylarda gəlirin və xarici investisiyaların azalmasından narahat olan bazarları məyus edib.

“Emkay Global Financial Services” şirkətinin baş iqtisadçısı Madhavi Arora deyir ki, "Hindistan 8%-lik artıma nail omaq istəyir, amma buna aparan yolumuz yoxdur - bizim böyümə strategiyamız yoxdur".

Hökumətin proqnozuna görə, 2023-24-cü illərdəki 8,2%-lə müqayisədə cari maliyyə ilində Hindistanın ÜDM-i dörd il əvvəlki minimuma - 6,4%-ə enəcək.

İqtisadçılar qeyd edirlər ki, nəzərdə tutulan vergi güzəştləri zəif maaş artımı və yüksək yaşayış xərcləri səbəbindən həyat şərtləri pisləşmiş şəhər istehlakçılarına fayda verə bilər, amma həll edilməli daha ciddi problemlər var.

Onların fikrincə, keçən ilin iyul ayında gözləniləndən daha zəif mandatla hakimiyyətə qayıdan Modi seçkidən sonrakı aylarda siyasi baxımdan həssas olan seçki dairələrini sakitləşdirməklə məşğul olub. Daha əvvəl onun partiyası kənd təsərrüfatı məhsullarının ticarəti üzrə qaydaları fermerlərin xeyrinə dəyişmiş, qadınlara maliyyə ödənişləri təklif etmişdi, bu dəfə  isə orta təbəqə üçün vergiləri azaltmaq siyasəti seçildi.

Analitiklər qeyd edirlər ki, Modi və onun Bharatiya Janata Partiyası daha böyük siyasi kapitala malik olduqları əvvəlki iki dönəmdə də iqtisadi islahatlardan vaz keçiblər.

"2019-cu ildə BJP parlamentdə 300-dən çox yer tutmuş və islahatlar aparmaq imkanı qazanmışdı. Amma hökumət seçkiöncəsi siyasətin ehtiyaclarına təslim oldu, çünki islahatlar seçicilərin böyük bir hissəsinə  dərhal fayda vermir” - Sinqapur Milli Universitetinin Cənubi Asiya Tədqiqatları İnstitutunun (ISAS) araşdırmaçısı Amit Rancan belə deyir.

2015-ci ildə Modi biznes strukturlarının torpaq almasını asanlaşdıran sərəncamı ləğv etmiş, 2020-ci ildə isə parlamentin hər iki palatası yeni əmək məcəllələrini təsdiqləmişdi, amma bunlar hələ də bütün ştatlarda tətbiq edilməyib.

Dövlət müəssisələrinin kütləvi özəlləşdirilməsi - dövlətin iştirakını azaltmaqla onların canlandırılması  planı da uğursuzluqla nəticələnib, çünki hökumət yeni vəsaitləri maliyyə çətinliyilə üzləşən dövlət şirkətlərinə yönləndirmək qərarına gəlib.

İslahatlara ehtiyac olduğunu təkcə analitiklər və iqtisadçılar deyil, artıq hökumət nümayəndələri də dilə gətirirlər.

Ötən cümə Hindistanın iqtisadiyyat üzrə baş müşaviri V.Ananta Nagesvaran (V. Anantha Nageswaran) deyib ki,  torpaq, əmək və fabriklərlə bağlı, o cümlədən digər sahələrə aid qaydalar təcili yumşaldılmalı, “hökumət yoldan çəkilməlidir”, çünki iqtisadi böyüməni stimullaşdıran əsas üsullardan biri budur.

Büdcə təsdiq olunmazdan bir gün əvvəl təqdim etdiyi hesabatda Nagesvaran qeyd edib ki, "İşimizə həmişəki qaydada davam etsək, iqtisadiyyatda olmasa da, iqtisadi artımda durğunluq olacağı riski yüksəkdir".

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb

17 Aprel 2026

Açıq mənbə

Xəbər verildiyi kimi, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz aşağı düşüb, qeyri neft-qaz sektorunda isə cəmi 0,2 faiz artıb. 2025-ci ildə Azərbaycanda ÜDM cəmi 1,4 faiz artmışdı və bu, MDB ölkələri arasında Rusiyadan sonra ən aşağı göstərici idi. Ötən il Azərbaycanda adambaşına düşən ÜDM 7400 ABŞ dolları həcmində olub. Cənubi Qafqaz regionu üzrə müqayisə aparanda Azərbaycanın qonşularından nə qədər geri qaldığı bariz görünür. Məsələn, bu ilin ilk iki ayı ərzində Gürcüstanda ÜDM 8,4% artıb. Fevral ayında...
İqtisadiyyat

Azərbaycanda qida məhsulları 7 faizə yaxın bahalaşıb 

17 Aprel 2026

Açıq mənbə

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında qida məhsulları, içkilər və tütün məmulatlarının istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb.  Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında məlumat verilir.  İlk 3 ayda qiyməti ən çox artan məhsullardan - tütün məmulatları 11,1 faiz, süd, süd məhsulları və yumurta 10,5 faiz, meyvələr 10 faiz, araq və brendi 8,9 faiz, balıq və balıq məhsulları 8,8 faiz, ət və ət məhsulları 7,9 faiz, kərə və bitki yağları, çay, qəhvə və kakao isə 7,3 faiz bahalaşıb.  Yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7 faiz, qeyri-qida...

Seçilmiş Videolar

Toplum TV loqo