sosial media
Jurnalist Əfqan Sadıqovun fevralın 2-dən Tbilisi təcridxanasında quru aclığa başladığı bildirilir (“Turan”).
Onun həyat yoldaşı Sevinc Sadıqovanın sözlərinə görə, 136 gündür aclıq edən Sadıqov fevralın 2-dən su və dərman qəbulundan da imtina edib. O, Əfqan Sadıqovun səhhətinin ağır olduğunu, bu səbəbdən də həyat yoldaşından quru aclığı dayandırmasını xahiş etdiyini, amma rədd cavabı aldığını deyib.
“Əfqan siyasi sifarişlə həbs edilib. Gürcüstan hakimiyyəti Bakının sifarişini icra edir. Yanvarın 31-də onu sübh tezdən aparıblar məhkəməyə, məhkəmə saat 15:00-da başlayıb. Bu, Gürcüstan hakimiyyətinin ona qarşı münasibətini bir daha nümayiş etdirib. 130 gündən çox aclıq edən adama əziyyət vermək olarmı? Əfqan təcridxanadan kitab istəyib, verməyiblər ki, Azərbaycan dilində kitab yoxdur. Vəkili Azərbaycan dilində kitab aparıb, o kitabı da vermirlər”, - Sadıqova söyləyib.
Hazırda Sevinc Sadıqova üç uşaqla birlikdə üçüncü ölkədədir və orada Gürcüstan səfirliyinin qarşısında aksiya keçirmək niyyətindədir.
Əfqan Sadıqov Azərbaycanda təqiblərdən ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.
Avqustda Azərbaycanın sorğusu əsasında Sadıqov həbs edilib. Hədə yoluyla tələb etmədə ittiham olunan Sdıqovun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib.
Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. Yanvarın 31-də Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha üç ay uzadıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Müsavat Partiyası Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətinə görə narahatdır
Ələsgər Məmmədli/şəxsi arxiv
“Həbsdəki araşdırmaçı Hafiz Babalının “Qafqazinfo”ya qarşı qaldırdığı iddiaya baxılması yubanır”
Toplum TV
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək