Müsavat Partiyası Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətinə görə narahatdır
Ələsgər Məmmədli/şəxsi arxiv
Fevralın 3-də keçirilən Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında siyasi məhbuslar məsələsi gündəmə gətirilib.
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", partiyadan deyilib.
Məlumatda siyasi motivlərlə həbs olunmuş şəxslərdən bəzilərinin, o cümlədən ictimai fəallar Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətində problemlərin yaranması ilə bağlı narahatlıq ifadə olunub.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən “Turan”a deyilib ki, məhbuslara qarşı təzyiq göstərilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı münasibətlər qanunvericilik normalarına və daxili nizamnamə qaydalarına uyğun qurulur, hər hansı ayrı-seçkiliyə yol verilmir”, Penitensiar Xidmətdən qeyd olunub.
Hüquq müdafiəçiləri Azərbaycanda 331 siyasi məhbus olduğunu, onların bəzisinin səhhətində problem olduğunu, keyfiyyətli tibbi yardım göstrərilmədiyini bəyan edirlər.
Azərbaycan hökuməti isə ölkədə heç kimə siyasi mövqeyinə görə təqib və təzyiq göstərilmədiyini, bütün fundamental hüquq və azadlıqların təmin edildiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Həbsdəki araşdırmaçı Hafiz Babalının “Qafqazinfo”ya qarşı qaldırdığı iddiaya baxılması yubanır”
Toplum TV
sosial mənbə
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək