İqtisadiyyat

İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur

22 Avqust, 2025
568

Foto: president.az

İyul ayında Xəzər dənizində neft hasilatı aparan “British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirmişdi. 

Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumatda göstərilirdi ki, Azərbaycandan Avropa ölkələrinə nəql olunan bəzi neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb.

“Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilirdi. 

Avqustun 4-də isə Rumıniya hökuməti Azərbaycandan gətirilmiş çirklənmiş xam neft səbəbilə fövqəladə vəziyyət elan edib.

Ruminiya Energetika Nazirliyinin açıqlamasına görə, yerli “OMV Petrom” şirkəti 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanından yüklənmiş 92 min tonluq Azərbaycan nefti partiyasını qəbul edib.

Yüklərin boşaldılması zamanı aparılan yoxlamalar xam neftin xloridlər ilə çirkləndiyini göstərib. 

Nəticədə, Rumıniyanın Petrobrazi neft emalı zavodunun təchizat zəncirindən ümumilikdə 184 min ton idxal olunmuş xam neft xaric olunub. 

Təchizatdakı fasiləni aradan qaldırmaq məqsədilə “OMV Petrom” ölkənin fövqəladə ehtiyaclar üçün nəzərdə tutulmuş anbarından 80 min ton xam neft və 30 min ton dizelin buraxılmasını istəyib.

Ruminiya Energetika Nazirliyi bu istəyə icazə verib. Nazirlik bildirib ki, bu addım zavodun fasiləsiz fəaliyyətini təmin etmək və milli yanacaq bazarında ciddi pozuntuların qarşısını almaq məqsədi daşıyır.

Hazırda Azərbaycan 22 ölkəyə neft ixrac edir. Bunlardan 12-si Avropa ölkələridir. 

Azərbaycan neftinin böyük bir hissəsi Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına boru kəməri ilə nəql olunur. Bu boru kəmərini tikən və idarə edən “BTC Co.” şirkəti “BP” tərəfindən idarə olunur.

İqtisadçı Zöhrab İsmayıl düşünür ki, neft partiyalarında çirklənmə tapılması Azərbaycanın neft ixrac etdiyi ölkələrlə əməkdaşlığına təsir etməyəcək, çünki həmin ölkələrin seçim imkanları azdır. 

“Bir alternativ Rusiyadır, oradan da idxal məhdud səviyyədədir. Digər alternativ Norveçdir, lakin onların da nefti, xüsusilə Cənubi Avropa ölkələrini təmin edəcək qədər kifayət deyil. Bu nöqteyi-nəzərdən Avropanın Azərbaycanla əməkdaşlığını davam etdirməkdən başqa seçim imkanı qalmır”, - o deyib. 

İqtisadçı çirklənmənin səbəbləri ilə bağlı araşdırmaların getdiyini, bir neçə versiyanın mövcud olduğunu deyib.  

“Bəzi versiyalara görə, bu, əslində Rusiya nefti ola bilər, çünki bir neçə il əvvəl onların neftində də xlorid aşkarlanmışdı. Əgər doğru olsa, bu Azərbaycanın Rusiyadan aldığı nefti Avropaya ixrac etdiyi anlamına gələcək, halbuki Azərbaycan bu ittihamı daha əvvəl rədd etmişdi. Başqa bir versiyaya görə, çirklənmə neft quyularından qaynaqlana bilər”, - o bildirib. 

Bakı-Tbilisi-Ceyhan boru kəmərini idarə edən “BTC Co.” şirkəti hazırda boru kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirdiyini bildirib. 

Z.İsmayıl xatırladır ki, xloridlə çirklənən neft, neft ayırma sistemləri üçün təhlükə mənbəyidir, bu isə Azərbaycan neftinin qiymətinin düşməsinə səbəb olub. 

“Buna baxmayaraq, “Azerlight” nefti hələ də bahadır, hətta “Brand” markalı neftdən daha baha satılır”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Qeyri-neft ixracının artımı: real genişlənmə, yoxsa qızıl və qiymət artımı effekti?

22 Yanvar 2026

Foto/kollaj: Toplum TV

Dövlət Gömrük Komitəsi 2025-ci ilin xarici ticarət göstəricilərini açıqlayıb. Hesabata görə, əvvəlki illə müqayisədə xarici ticarət saldosunun profisiti 8,5 dəfəyə yaxın azalaraq 660 milyon dollara enib. Halbuki 2024-cü ildə bu göstərici 5,5 milyard dollar olmuşdu. İxracın ümumi həcmi 25 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,5 milyard dollar azdır. Azalmanın əsas səbəbi neft-qaz ixracındakı geriləmədir. 2024-cü illə müqayisədə Azərbaycanın neft-qaz ixracı 1,8 milyard dollar azalaraq 21,4 milyard dollara düşüb. Bunun 12,1 milyard dolları xam neftin, 8,8 milyard dolları təbii qazın, qalan hissəsi isə neft məhsullarının ixracının payına düşür. Ötən il xam neftin hər tonunun ixrac qiyməti...
İqtisadiyyat

“Orta gəlir tələsi”nə düşən Azərbaycan: 2025-ci ildə iqtisadi artım tempi 4 dəfəyə yaxın zəifləyib

21 Yanvar 2026

Foto: açıq mənbə

Dövlət Statistika Komitəsi 2025-ci ilin sosial-iqtisadi yekunlarına dair ilkin məlumatları açıqlayıb. Hesabata görə, əvvəlki illə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) cəmi 1,4 faiz, onun adambaşına düşən məbləği isə cəmi 1 faiz artıb. İqtisadi artım tempinin sürəti 2024-cü illə müqayisədə təxminən dörd dəfə aşağı düşüb. Müstəqil iqtisadçılar hesab edirlər ki, bəzi primitiv iddiaların əksinə olaraq, Azərbaycan kimi zəif iqtisadi inkişafa malik ölkələrdə aşağı, resessiyaya yaxın böyümə göstəriciləri iqtisadiyyatı “orta gəlir tələsi”ndən çıxarmağa imkan vermir.  Ekspertlər “orta gəlir tələsi”ni belə izah edirlər: ilkin mərhələdə çox zəif inkişaf etmiş, yoxsul olan hər hansı ölkə müəyyən zaman intervalında (məsələn, 10–15 il ərzində) ya ucuz...

Seçilmiş Videolar

Toplum TV loqo