Foto: açıq mənbədən götürülüb
ABŞ prezidenti Donald Tramp özünün də namizədliyinin irəli sürüldüyü, lakin qazanmadığı Nobel Sülh Mükafatı haqda danışıb.
Oktyabrın 10-da Ağ Evdə jurnalistlərə danışan Tramp bildirib ki, mükafatın bu ilki laureatı, venesuelalı müxalifət lideri Mariya Korina Maçado ona zəng edib və mükafatı ona həsr etdiyini deyib.
"Daha demədim ki, onda mənə ver mükafatı. Gərək deyərdim. Məncə desəm, verərdi, çünki çox nəzakətli idi", - o zarafatla əlavə edib.
Lakin prezident yenə də mükafatı özünün qazanmamasından gileylənib. O, bu ilin yanvarında vəzifəsinə başlayandan bəri səkkiz müharibəni dayandırdığını iddia edib.
Maçado "X" səhifəsində də mükafatı Venesuela xalqına və Trampa həsr etdiyini qeyd edib.
"Biz qələbə astanasındayıq və bu gün, hər zamankından daha çox, azadlıq və demokratiyaya nail olmaq üçün əsas müttəfiqlərimiz kimi Prezident Trampa, Amerika Birləşmiş Ştatlarının xalqına, Latın Amerikası xalqlarına və dünyanın demokratik dövlətlərinə arxalanırıq", - o yazıb.
2025-ci il Nobel Sülh mükafatı venesuelalı siyasətçi və insan haqları fəalı Mariya Korina Maçadoya təqdim olunub.
Nobel Komitəsinin məlumatına görə, Maçado bu mükafata “Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb.
Qalibin adı oktyabrın 10-da Oslodakı Norveç Nobel İnstitutunda açıqlanıb. Bu il Sülh mükafatına ümumilikdə 338 namizədin adı təqdim olunmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Mindia Gabadze/Publika
Foto: Ariana Cubillos/AP
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır