Foto: Ariana Cubillos/AP
2025-ci il Nobel Sülh mükafatı venesuelalı siyasətçi və insan haqları fəalı Mariya Korina Maçadaya təqdim olunub.
Nobel Komitəsinin məlumatına görə, Maçado bu mükafata “Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb.
Qalibin adı oktyabrın 10-da Oslodakı Norveç Nobel İnstitutunda açıqlanıb. Bu il Sülh mükafatına ümumilikdə 338 namizədin adı təqdim olunmuşdu.
Komitə ənənəyə uyğun olaraq qeyd edib ki, Nobel Sülh mükafatına namizədlərin adları 50 il müddətinə gizli saxlanılır.
1901-ci ildən etibarən Nobel Sülh mükafatı 105 dəfə təqdim edilib, onu 111 şəxs və 28 təşkilat qazanıb.
Mükafatın tarixində ən gənc laureat 17 yaşında Nobel mükafatına layiq görülən pakistanlı təhsil fəalı Malala Yusifzay olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Mindia Gabadze/Publika
Foto: Mirco Toniolo
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır