Manşet

"Abzas"çılar: Müstəqil media xəbərləri əvəzinə bizə "İki Sahil" və "Səs" qəzetləri verilir

10 Oktyabr, 2025
284

Foto: Abzas Media

“Abzas Media”nın həbsdə olan qadın jurnalistləri saxlanıldıqları Lənkəran Penitensiar Kompleksi rəhbərliyinin onlara verilən vədləri yerinə yetirmədiyini bildirirlər. 
 
"Abzas Media"nın xəbərinə görə, jurnalistlərdən biri Elnarə Qasımova ailəsi ilə danışığında deyib ki, cəzaçəkmə müəssisəsinə köçürüləndən bəri onlara siqaret çəkilməyən kamerada qalacaqları söz verilsə də, hazırda onlardan E.Qasımova və Nərgiz Absalamova siqaret çəkən məhbuslarla birlikdə saxlanılırlar.
 
“14 gündür ki, vədlərinə əməl etmirlər. Halbuki karantin müddəti bitəndə bunu edəcəklərini demişdilər. Nərgizlə mən siqaret çəkənlərin olduğu otaqda saxlanılırıq. Məndə bronxial astma var. Siqaret tüstüsü nəfəs almağımı çətinləşdirir. Nərgiz də siqaret tüstüsünü götürmədiyindən gözləri göynəyir, nəfəs darlığı yaşayır", – o qeyd edib. 
 
E.Qasımova əlavə edib ki, nə vaxt siqaret çəkilməyən kameraya köçürüləcəklərini soruşduqda müəssisə rəhbərliyi “İnşallah olacaq, səbirli olun” cavabı verir. 
 
Onun sözlərinə görə, Lənkəran Penitensiar Kompleksində qadınlar üçün nəzərdə tutulan cəmi 2 kamera var və bu kameralarda hazırda ümumilikdə 12 qadın məhbus saxlanılır. 
 
“Kameranın biri siqaret çəkənlər, digəri çəkməyənlər üçün ayrılıb. Biz üçümüz də siqaret çəkmədiyimiz halda, ikimizi siqaret çəkilən otağa salıblar. Bu, sağlamlığımıza ziyan vurur", – o vurğulayıb.
 
E.Qasımova, həmçinin, qeyd edib ki, müəssisə rəhbərliyi jurnalistlərin ailələrinin gətirdiyi müstəqil media materiallarını onlara çatdırmır. 
 
“Ailələrimiz müstəqil mediada çıxan xəbərləri çap edib bizə gətirsə də, bu xəbərləri müsadirə edirlər. Sonuncu həftə gətirilən xəbərləri rəis Babək İsgəndərov oxuyandan sonra “yuxarı”ya məruzə edib onların bizə verilib-verilməyəcəyini dəqiqləşdirəcəyini dedi. Nəticədə o xəbərlər bizə verilmədi. Rəis həmin xəbərlərin əvəzinə bizə “2 Sahil”, “Azərbaycan”, “Səs” qəzetlərinin avqust və sentyabr buraxılışlarından bəzilərini göndərib. Biz Babək İsgəndərova bildirdik ki, bu qəzetlərə abunə olmamışıq və istəməmişik. Yalnız müstəqil media xəbərləri bizim doğru məlumat ehtiyacımızı qarşılaya bilər", – E.Qasımova bildirib.

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamova sentyabrın 25-də Lənkəran Penitensiar Kompleksinə köçürülüblər. Jurnalistlər paytaxtdan uzaq məsafənin ailələri ilə görüş imkanlarını məhdudlaşdırdığını deyirlər. Onların sözlərinə görə, başqa rayona köçürülmələri məhz jurnalist fəaliyyətləri ilə bağlıdır.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo