Manşet

Əli Kərimli: İlham Əliyev özü Danimarkada sammitdə iştirak edir, mənim isə xaricə səfərlərimin qarşısını alır 

3 Oktyabr, 2025
80

Foto: açıq mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Azərbaycan hakimiyyəti tərəfindən xaricə səfərlərinin qarşısının alındığını yazıb. 

O, "Facebook" səhifəsindəki yazısında bu yaxınlarda Varşava, Afina və Praqada beynəlxalq forumlara dəvət olunduğunu bildirərək xatırladıb ki, Azərbaycan dövləti ona 20 ilə yaxındır xarici pasport vermir. 

"İlham Əliyev özü gedib Danimarkada Avropa Siyasi Birliyinin toplantısında iştirak edir, dövlətin zor aparatının əli ilə də mənim xarici səfərlərimin qarşısını alır. Baş prokurora müraciətimə cavab verilmir. Mənə pasport verilməsilə bağlı Avropa Məhkəməsinin qərarı yerinə yetirilmir. Ölkədə hüquq, Konstitusiya işləmir, ölkə cəngəllik qanunları ilə idarə olunur", - o qeyd edib. 

Ə.Kərimli izləyicilərinə sual edib: "Mən sizdən soruşuram, siz dünyada hansısa bir normal, normala yaxın ikinci bir dövlət tanıyırsız ki, orada dövlət başçısı öz siyasi rəqibinin xarici səfərlərinə qadağa qoysun?"

Ə.Kərimli xarici pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə yenidən sənəd almaq üçün müraciət etsə də, ona həmin sənəd verilməyib. Partiya sədrinin sözlərinə görə, 1994-cü ildə başlanmış cinayət işinin hələ də açıq olması buna əsas göstərilib. Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında cinayət işi başlanmışdı. Hələ o zaman hüquq-mühafizə orqanları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdi, özü isə ittihamları rədd etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

HƏMAS-ın hərbi liderinin ABŞ-nin atəşkəs planını rədd etdiyi deyilir

3 Oktyabr 2025

Foto: açıq mənbə

HƏMAS-ın Qəzzadakı hərbi qanadının rəhbərinin ABŞ-nin yeni atəşkəs planı ilə razılaşmadığı deyilir. “BBC”-nin məlumatına görə, İzzəddin əl-Həddad bu barədə onunla təmas quran vasitəçilərə bildirib. İzzəddin əl-Həddad planın HƏMAS-ı zəiflətmək və aradan qaldırmaq məqsədi daşıdığını düşündüyü üçün mübarizəni davam etdirmək niyyətində olduğunu vurğulayıb. ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək üçün irəli sürdüyü 20 maddəlik plan İsrail tərəfindən qəbul edilib. Sənəddə HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın idarəçiliyində rol oynamamasına dair şərtlər yer alır. Məlumata görə, HƏMAS-ın Qətərdəki bəzi siyasi rəhbərləri müəyyən dəyişikliklərlə planı qəbul etməyə açıqdır. Amma onların təsir imkanları məhduddur, çünki girovların taleyi hərbi qanadın əlindədir. Hazırda HƏMAS-ın 48 nəfəri girov saxladığı...
Manşet

ABŞ senatoru Ülviyyə Əliyə məktub yazıb

2 Oktyabr 2025

Foto/kollaj: Toplum TV

ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü  Cin Şahin Azərbaycanda həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) məktub yazıb.  "Qəzetçi"nin xəbərinə görə, senator Ü.Əli də daxil olmaqla Azərbaycandakı "siyasi məhbus"ların məsələsinin onun üçün prioritet olaraq qaldığını bildirib.  “Sənin işinlə bağlı səsimi mümkün olan hər yerdə qaldıracağam və azadlığa buraxılmağın üçün iş aparacağam”, – senator əlavə edib.  C.Şahin jurnalistin anasının “The Washinton Post” qəzetinə verdiyi müsahibəni də oxuduğunu qeyd edib.  O əlavə edib ki, Ü.Əlinin həbsindən öncə "jurnalist etikasına və həqiqətləri dilə gətirəcəyinə sadiq qalacağına dair mesajı" beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Ü.Əlinin vaxtilə çalışdığı “Amerikanın Səsi” qurumunun çətin dövrdən keçdiyini vurğulayan senator qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo