Məhkəmə

Fazil Mustafaya sui-qəsd etdiyi deyilən şəxsin oğlu hakim qarşısında

6 Oktyabr, 2025
32

Foto: Azərtac

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə günahlandırılaraq ömürlük məhkum olunmuş Azər Səricanovun oğlu Əbülfəz Səricanov hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Səricanovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

İclasda təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının açıq keçirilməsi və başqa bir neçə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib. 

İlk baxış iclası oktyabrın 16-na təyin edilib.

Ə.Səricanov Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq maddəsi ilə ittiham olunur. 

Cinayət işində iddia olunur ki, Əbülfəz Səricanov bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlayıb və DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət planının qarşısı vaxtında alınıb. 

Azər Səricanov isə ötən ilin avqustunda Fazil Mustafaya sui-qəsddə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Fazil Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisəyə görə beş nəfər həbs olunub.  İttihama görə, sui-qəsd planı İranda müzakirə olunub, bundan ötrü Bakıya 30 min dollar pul göndərilib.

Cinayətin təşkilində suçlanan A.Səricanova ömürlük, digər dörd nəfərdən birinə 4 il, qalan üçünə isə 18-20 il həbs cəzası verilib. Təqsirləndirilən şəxslər bu hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət etsələr də, nəticə dəyişməyib.

Onlar deputata atəş açdıqlarını təsdiqləyiblər, ancaq bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər deputatı öldürmək niyyətlərinin olmadığını, dini mövzuda səsləndirdiyi fikirlərə görə onu cəzalandırmaq qərarına gəldiklərini vurğulayıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“QHT işi” üzrə məhkəmə prosesləri başlayır

3 Oktyabr 2025

Foto: açıq mənbə

Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan yerli və beynəlxalq “QHT işi” üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının məhkəməsi yaxın günlərdə başlayacaq. İstintaqı yekunlaşan şəxslər arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova var. Onların işləri artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda Bəşir Süleymanlı həbsdə saxlanılır. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində isə istintaq dövründə alternativ qətimkan tədbiri seçilib. “QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlanıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) də həbs olunub. Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi...
Məhkəmə

Tural Sadıqlının əmisinə hökm oxunub 

2 Oktyabr 2025

Foto: sosial media

Almaniyada yaşayan tənqidçi bloger Tural Sadıqlının həbsdə olan əmisi Elmir Sadıqova hökm oxunub.  T.Sadıqlının "Facebook" səhifəsində verdiyi xəbərə görə, oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda hakim Samirə Məmmədli E.Sadıqov haqqında 2 il yarım azadlıqdan məhrumetmə qərarı verib.  E.Sadıqov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsilə təqsirli bilinib.  E.Sadıqov aprel ayında saxlanılıb. Cinayət işində iddia olunur ki, onun maşınından əl qumbarası tapılıb.  Qardaşı Əlövsət Sadıqlının "Facebook" səhifəsində bildirdiyinə görə, E.Sadıqov son sözə hazırlaşmaq üçün ona cəmi bir gün vaxt verildiyini və hazır olmadığını deyib. Hakimlər isə qərarı 2-3 dəqiqəlik müşavirədən sonra elan ediblər.  Ə.Sadıqlı qərarın siyasi sifariş olduğunu, qardaşının məhz...

Seçilmiş Videolar

Toplum TV loqo