Foto: AP
Fransanın baş naziri Sebastien Lekornu vəzifəyə başlamasından cəmi bir neçə həftə sonra istefa verib.
Fransa prezidentinin ofisindən verilən açıqlamada bildirilir ki, prezident Emmanuel Makron oktyabrın 6-da müttəfiqi olan Lekornunun istefasını qəbul edib.
Təyinatından təxminən bir ay sonra Lekornu oktyabrın 5-i axşam yeni hökumətin tərkibini açıqlamışdı.
Nazirlər Kabinetinin ilk iclası oktyabrın 6-ı günorta saatlarında keçirilməli idi, lakin hökumətin tərkibi həm müxalifətin, həm də tərəfdarların narazılığına səbəb olub. Xüsusilə Lekornunun keçmiş maliyyə nazirini müdafiə naziri vəzifəsinə gətirməsi tənqid hədəfi olub.
Digər əsas vəzifələr isə əvvəlki kabinetdən dəyişməyib. Mühafizəkar Bruno Retiyo daxili işlər naziri olaraq qalıb. Jan-Noel Barro xarici işlər naziri vəzifəsində qalıb, Jeral Darmanen isə ədliyyə nazirliyini saxlayıb.
Lekornu bəyan etmişdi ki, əvvəlki baş nazirlərin istifadə etdiyi xüsusi konstitusiya səlahiyyətindən — yəni büdcəni parlamentin səsverməsi olmadan qəbul etdirmək imkanından — istifadə etməyəcək və bunun əvəzinə həm solçu, həm də sağçı qanunvericilərlə kompromis yolunu axtaracaq.
Daha öncə müdafiə naziri olmuş Lekornu son iki il ərzində beşinci baş nazir idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Jens Krick
Foto: sosial media
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır