Dünya

HƏMAS israilli əsirləri azad etməyə hazır olduğunu bildirib

4 Oktyabr, 2025
67

Foto: AFP

Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması oktyabrın 3-də ABŞ prezidenti Donald Trampın bu həftə açıqladığı sülh planına cavab verib. 

Qruplaşma əsirlikdə saxladığı israilliləri azad etməyə və bunun üçün danışıqlara başlamağa hazır olduğunu bəyan edib. 

“Bu kontekstdə hərəkat vasitəçilər vasitəsilə dərhal danışıqlara girməyə hazır olduğunu və bunun detallarını müzakirə etməyə razı olduğunu təsdiqləyir", - bəyanatda deyilir. 

Qruplaşma Trampın təklifində yer alan, Qəzzanın idarəetməsinin Trampın özü və keçmiş Britaniya baş naziri Toni Bleyrin də sıralarında olacağı "Sülh Şurası"na verilməsini isə rədd edib. 

"Hərəkat, həmçinin, Qəzza zolağının idarəsini fələstinli müstəqil şəxslərdən (texnokratlardan) ibarət bir quruma, fələstinli milli konsensus, eləcə də ərəb və İslam dəstəyi əsasında təhvil verməyə razılığını bir daha bəyan edir", – bəyanata əlavə edilib. 

HƏMAS Trampın təklifinin bütün maddələrini qəbul etməsə də, ABŞ prezidenti əsirlərin azad edilməsi ilə bağlı razılığı xoş qarşılayıb. O, bunun reallaşması üçün İsraili Qəzzanın bombalamasını dayandırmağa çağırıb. 

“HƏMAS tərəfindən yeni verilmiş bəyanata əsasən, inanıram ki, onlar davamlı sülh üçün hazırdırlar. İsrail dərhal Qəzzanı bombalamağı dayandırmalıdır ki, biz girovları təhlükəsiz və tez bir zamanda çıxara bilək!” , – Tramp "Truth Social" şəbəkəsində yazıb.

“Hazırda bunu etmək üçün vəziyyət həddindən artıq təhlükəlidir. Biz artıq detallar üzərində müzakirələr aparırıq. Bu, yalnız Qəzzaya aid deyil, bu Yaxın Şərqdə uzun zamandır arzulanan sülhdən ötrüdür”, – o əlavə edib.

HƏMAS rəsmiləri təqdim olunan bütöv 20 maddəlik planla razılaşdıqlarını bildirməyiblər və son bir həftə ərzində dəfələrlə bəyan ediblər ki, bir sıra məsələlərin üzərində əlavə danışıqlara ehtiyac var.

Bu məsələlərdən biri də planda nəzərdə tutulan Qəzzanın silahsızlaşdırılması tələbidir.

HƏMAS rəsmisi Musa Əbu Mərzuk "Al-Jazeera"-yə bildirib ki, qruplaşma İsrail işğalı sona çatmadan silahı yerə qoymayacaq.

“Prezident Trampın təklifində Qəzza zolağının gələcəyi və Fələstin xalqının ayrılmaz hüquqları ilə bağlı qeyd olunan digər məsələlər müvafiq beynəlxalq qanunlar və qətnamələr əsasında formalaşan milli mövqeyə bağlıdır və milli çərçivədə müzakirə olunur", - deyə HƏMAS-ın son bəyanatında bildirilib. 

Fransa prezidenti Emmanuel Makron da HƏMAS bəyanatını yaxşı qarşılayıb. O, "X" səhifəsində bildirib ki, əsirlərin azad olunması və atəşkəs "vaxt ötmədən" təmin olunmalıdır. 

İsrail isə an etibarilə HƏMAS-a və Trampa cavab verməyib. 

Trampın müharibənin dayanması çağırışına baxmayaraq, İsrail ordusu oktyabrın 4-də zolağı bombalamağa davam edib. Yerli səhiyyə rəsmiləri bildirir ki, təkcə oktyabrın 4-də səhər saatlarında 22 Qəzza sakini öldürülüb. 

2023-cü ilin oktyabrından İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər 60,000-dən çox insan öldürülüb. Onların 20,000-ə yaxını uşaqlardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

6 Oktyabr 2025

Foto: The Nobel Prize

Fiziologiya və tibb üzrə Nobel mükafatı periferik immun tolerantlığı araşdırdıqları üçün alimlər Meri Brunkou, Fred Ramsdell və Şimon Sakaquçiyə verilib. 2024-cü ildə bu nominasiyada qaliblər Viktor Embros və Qeri Ravkan olmuşdu. Onlar mikroRNT və onun genlərin posttranskripsion tənzimlənməsindəki rolunu kəşf etmişdilər.  Alimlər genlərin tənzimlənməsinin tamamilə yeni prinsipini ortaya qoyublar və bu prinsip çoxhüceyrəli orqanizmlər, o cümlədən insan üçün son dərəcə mühüm sayılır.  Rəsmi press-relizdə qeyd olunub ki, hazırda insan genomunda minlərlə mikroRNT-nin kodlandığı məlumdur. Meri Brunkou 1961-ci ildə ABŞ-də doğulub. Onun əsas elmi maraq dairəsi genetika, molekulyar biologiya və immunologiya sahələrini əhatə edir. Fred Ramsdell isə ABŞ-dən olan immunoloqdur. Şimon...
Dünya

Gürcüstanda seçkidən sonra həbslər davam edir

6 Oktyabr 2025

Foto: Reuters

Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərindən və etirazlardan sonra hakimiyyət orqanları həbslərin davam edəcəyini bildirib.  Ölkənin Daxili İşlər Nazirliyi qarşıdakı günlərdə hökumət əleyhinə etirazlara qarşı təzyiqlərin artırılacağını vurğulayıb. Son məlumatlara görə, seçki günü keçirilən nümayiş və sonrakı toqquşmalarla əlaqədar beş müxalif fiqur saxlanılıb. “Zorakılıqda iştirak edən hər kəs istisnasız olaraq hökuməti devirmə cəhdinin iştirakçısıdır”, – baş nazir İrakli Kobaxidze seçkidən sonra keçirilən brifinqdə bildirib və əlavə edib ki, “bu insanlar qarşıdakı günlərdə sürprizlər gözləməlidirlər.” O, həmçinin, dövlətin indi “30 həyasız təxribatçıdan daha çoxunu” həbs etməli olacağına işarə edib.  Kobaxidze əlavə edib ki, dövlətin indi əvvəlki etiraz dalğaları ilə müqayisədə "vətəndaşları...

Seçilmiş Videolar

Toplum TV loqo