Məhkəmə

Avropa Məhkəməsi Xədicə İsmayılın xeyrinə qərar çıxarıb

14 Oktyabr, 2025
284

Foto: açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə məhkum edilməsinə dair şikayəti üzrə qərarını elan edib.

Bu barədə oktyabrın 14-də vəkil Fariz Namazlı məlumat yayıb.

Vəkil xatırladıb ki, 2014-cü ildə Elman Həsənov (Bayraqdar) X.İsmayılın həmin maddə ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında şikayət vermişdi. 

Elman Həsənov jurnalistin öz “Facebook” hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edirdi.

Binəqədi Rayon Məhkəməsi jurnalisti 2500 manat cərimələyib, sübut kimi isə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən təqdim edilmiş məktubu əsas götürmüşdü.

Jurnalist isə ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirirdi.

“AİHM qərarında bildirib ki, həmin məktub İsmayılın məhkumluğu üçün həlledici əhəmiyyət daşıyıb. Buna baxmayaraq, jurnalist və onun müdafiəçiləri – mərhum Elton Quliyev, eləcə də vəkillər Yalçın İmanov və digər müdafiəçilərin şahidin (MTN əməkdaşının) dindirilməsi barədə dəfələrlə qaldırdığı vəsatətlər təmin edilməyib”,- Namazlı qeyd edib.

Məhkəmə hesab edib ki, şahidin dindirilməməsi üçün əsaslı səbəb göstərilməyib və bu, müdafiə tərəfinin hüquqlarını ciddi şəkildə pozub.

Nəticədə AİHM Konvensiyanın 6.1, və  6.3(d) maddələrinin (ədalətli məhkəmə araşdırması və şahidləri dindirmək hüququ) pozulduğunu tanıyıb.

Bununla da hakimiyyət jurnalistə mənəvi zərərə görə 3600 avro, məhkəmə xərclərinə görə isə 1500 avro ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo