Məhkəmə

“QHT işi” üzrə məhkəmə prosesləri başlayır

3 Oktyabr, 2025
74

Foto: açıq mənbə

Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan yerli və beynəlxalq “QHT işi” üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının məhkəməsi yaxın günlərdə başlayacaq.

İstintaqı yekunlaşan şəxslər arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova var. Onların işləri artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda Bəşir Süleymanlı həbsdə saxlanılır. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində isə istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlanıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) də həbs olunub. Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə barəsində də həbs qərarı çıxarılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı müxtəlif hallarda), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Ümumilikdə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri də var.

İstintaq müddətində bir sıra fəallar barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Onların arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə sabiq məsləhətçisi Mehriban Rəhimli və başqaları yer alır.

Bundan əlavə, Sosial Hüquqlar Mərkəzinin ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində həbsli axtarış elan edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Tural Sadıqlının əmisinə hökm oxunub 

2 Oktyabr 2025

Foto: sosial media

Almaniyada yaşayan tənqidçi bloger Tural Sadıqlının həbsdə olan əmisi Elmir Sadıqova hökm oxunub.  T.Sadıqlının "Facebook" səhifəsində verdiyi xəbərə görə, oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda hakim Samirə Məmmədli E.Sadıqov haqqında 2 il yarım azadlıqdan məhrumetmə qərarı verib.  E.Sadıqov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsilə təqsirli bilinib.  E.Sadıqov aprel ayında saxlanılıb. Cinayət işində iddia olunur ki, onun maşınından əl qumbarası tapılıb.  Qardaşı Əlövsət Sadıqlının "Facebook" səhifəsində bildirdiyinə görə, E.Sadıqov son sözə hazırlaşmaq üçün ona cəmi bir gün vaxt verildiyini və hazır olmadığını deyib. Hakimlər isə qərarı 2-3 dəqiqəlik müşavirədən sonra elan ediblər.  Ə.Sadıqlı qərarın siyasi sifariş olduğunu, qardaşının məhz...
Məhkəmə

“Azər Qasımlı işi”: Hakim vəkili şikayət etməklə hədələyib

2 Oktyabr 2025

Foto: BBC News Azərbaycanca

Oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, prosesdə A.Qasımlı sərbəst ifadə verib. O, necə həbs olunmasından və zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovla münasibətlərindən danışıb.  Məhkəmədə hakim Telman Hüseynovla politoloqun vəkili Rövşanə Rəhimova arasında mübahisə yaşanıb. R.Rəhimova əvvəlki iclaslarda A.Qasımlının vəkillərinin yanında əyləşməsinə qərar verilsə də, yenə də şüşə kabinədə saxlanıldığına diqqət çəkib. Vəkil müvəkkilinin oradan çıxarılmasını, yanında əyləşməsini tələb edib. Hakim isə cavabında vəkili Vəkillər Kollegiyasına şikayət etməklə hədələyib. Ardınca A.Qasımlı ifadə verib. Politoloq ona verilən "hədə-qorxu ilə tələbetmə" ittihamını "şər-böhtan" adlandıraraq, siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo