Məhkəmə

“Azər Qasımlı işi”: Hakim vəkili şikayət etməklə hədələyib

2 Oktyabr, 2025
179

Foto: BBC News Azərbaycanca

Oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, prosesdə A.Qasımlı sərbəst ifadə verib. O, necə həbs olunmasından və zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovla münasibətlərindən danışıb. 

Məhkəmədə hakim Telman Hüseynovla politoloqun vəkili Rövşanə Rəhimova arasında mübahisə yaşanıb. R.Rəhimova əvvəlki iclaslarda A.Qasımlının vəkillərinin yanında əyləşməsinə qərar verilsə də, yenə də şüşə kabinədə saxlanıldığına diqqət çəkib. Vəkil müvəkkilinin oradan çıxarılmasını, yanında əyləşməsini tələb edib. Hakim isə cavabında vəkili Vəkillər Kollegiyasına şikayət etməklə hədələyib.

Ardınca A.Qasımlı ifadə verib. Politoloq ona verilən "hədə-qorxu ilə tələbetmə" ittihamını "şər-böhtan" adlandıraraq, siyasi motivlərlə həbsdə saxlandığını söyləyib.

A.Qasımlı Q.Yusifovu hədələdiyi ittihamına cavab olaraq deyib ki, heç öz uşaqları ilə hədə-qorxu ilə danışmır və onu "pula görə kiminsə övladını oğurlamaqda suçlamaq absurddur". 

Q.Yusifovla əvvəldən tanış olduğunu deyən A.Qasımlının sözlərinə görə, onun vasitəsilə "Binance" kriptovalyuta birjasına sərmayə edib və "Bitcoin" alıb.

Aralarındakı narazılığın necə yarandığından danışan politoloq bildirib ki, Q.Yusifovun üzündən böyük zərərə düşüb: "Mən demişdim ki, "Bitcoin"u sərmayə məqsədilə alıram. Bu, başqa əmlaka – evə, avtomobilə pul yatırmaq kimidir. Sanki ev almışam, açarı da bu adamdadır. Bu adam da o evi yox edib. Aramızdakı narazılıq bundan yaranıb".

A.Qasımlı deyib ki, qarşı tərəflə aralarındakı pul məsələsi mülki mübahisədir və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı məsələ deyil. O, Q.Yusifovun da borclu olduğunu etiraf etdiyini xatırladıb: "İndi bir halda ki, mənə "hədə-qorxu ilə tələbetmə" ittihamı veriblər, ortaya sübut qoyulmalıdır. Gözləyirdim ki, istintaq bununla bağlı sübutlar gətirəcək, üzümə şahidlər qoyacaqlar. Heç nə yoxdur, ola da bilməzdi, çünki belə bir hal baş verməyib".

A.Qasımlı Q.Yusifovla aralarındakı pul məsələsinə mülki qaydada Mingəçevir Şəhər Məhkəməsində baxıldığını və özünün xeyrinə qərar çıxarıldığını xatırladıb. Məhkəmə qərar verib ki, Q.Yusifov pulu ona ödəməlidir. 

"Bir müddət sonra nə baş verirsə, Daxili İşlər Nazirliyinə məktub yazır, sosial şəbəkələrdə status paylaşır ki, "Azər Qasımlı məni dövlətə, dövlətçiliyə qarşı qaldırırdı, alınmayanda təhdidlə pul tələb etməyə başladı". Bir tərəfdən bunu deyir, o biri tərəfdən də "Bitcoin" məsələsi ilə əlaqədar borclu olduğunu etiraf edir. Bunun özü sübut edir ki, həbsim siyasi siyasi sifarişdir", - A.Qasımlı deyib. 

Politoloq həbsindən öncə onun ölkədən çıxışına qadağa qoyulduğunu, Almaniyaya getmək istəyərkən hava limanından buraxılmadığını yada salıb. Onun sözlərinə görə, o, ötən ilin noyabrında həbsinə hazırlıq getdiyini artıq bilirmiş.

O bildirib ki, ötən ilin dekabrın 7-də oğlunu futbol məşqinə apararkən saxlanılıb.

"Bu cür davranışa nə ehtiyac vardı? Onsuz da hara çağırsalar, gələcəkdim...", - A.Qasımlı bildirib. 

Politoloqun məhkəməsi oktyabrın 8-də davam edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo