Məhkəmə

“QHT işi” üzrə Nərgiz Muxtarovanın məhkəməsi başlayır

13 Oktyabr, 2025
573

Foto: Əkinçi

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

“APA”-nın məlumatına görə, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib.

Nərgiz Muxtarovanın vəkili Xaliq Hüseynov məhkəməyə etiraz edib. Bildirib ki, tərkibin iki üzvü - Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır, səlahiyyət müddətləri bitir. Vəkil həmçinin bütün tərkibə etiraz edib. Deyib ki, müvəkkilinin həyat yoldaşı Fərid Mehralızadənin də cinayət işinə bu tərkib baxıb.

Dövlət ittihamçısı vəsatətləri əsassız hesab edərək təmin edilməməsini təklif edib. Prokuror bildirib ki, hər iki hakimin səhaliyyət müddəti bitməyib.

Məhkəmə vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib.

Daha sonra vəkil məhkəmədən Baş Prokurorluğa sorğu göndərilməsini istəyib. Bildirib ki, müvəkkilinin işində adı şahid qismində keçən Şəhla İsmayılın barəsində olan cinayət işi haqqında məhkəməyə məlumat verilməlidir. 

Vəkil deyib ki, şahidə də Nərgiz Muxtarovanın ittiham olunduğu iki maddə üzrə əlbirlik ittihamı verilib. Lakin onun barəsində iş ayrıca icraata verilib: “Biz onun statusununun müəyyən olunmasını istəyirik".

Bundan əlavə, vəkil müvəkkili barəsində açılan cinayət işinə xitam verilməsi barədə də vəsatət verib, məhkəmə vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı işin baxışa verilməsini, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirməməsini təklif edib.

Daha sonra məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. Məhkəmə baxışı 27 oktyabra təyin edilib.

Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

O, hazırda “AbzasMedia işi” çərçivəsində qaçaqmalçılıqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmiş iqtisadçı-jurnalist Fərid Mehralızadənin həyat yoldaşıdır.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.
İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Bundan başqa, “Hüquq və İnkişaf” İB rəhbəri Hafiz Həsənov, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo