Multimedia

ABŞ səfirliyi: “Əsl "namərdlik" ölkə ictimaiyyətini faktlardan yayındırma cəhdidir” – CÜNÜN İCMALI

20 Dekabr, 2024
944

“Toplum TV”-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşib.

****

Avropa Parlamenti Azərbaycanın yüksək rütbəli məmurlarına - Prezident Administrasiyasının Hüquq mühafizə orqanlarıyla iş şöbəsinin müdiri, İlham Əliyevin köməkçisi Fuad Ələsgərova, daxili işlər naziri Vilayət Eyvazova və dövlət təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevə sanksiya tələb edir.

****

ABŞ-n Azərbaycandakı səfirliyi “Vaşinqtonun Bakıya qarşı namərd diplomatiya yürütməsi” barədə AzTv-nin ittihamına cavab verib. Səfirliyin “Facebook” hesabındakı paylaşımında qeyd olunur ki, 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqerin həbs edilməsi artıq bir faktdır.  

****

Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə İlham Əliyevin sözügedən müsahibədə Fransanın uğursuz dövlətə çevrilməsi barədə dediklərinə cavab verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo