Ölkə

Azərbaycanda əmək haqqı üzrə vergi güzəştlərinin müddəti bitir

22 Sentyabr, 2025
437

Foto: açıq mənbə

Azərbaycan hökuməti bəzi kateqoriyadan olan muzdlu işçilərin maaşları ilə bağlı vergi güzəştlərini gələn ildən ləğv etməyə hazırlaşır. 

Bunu 2026-cı il üçün açıqlanan dövlət büdcəsi ilə bağlı rəsmi məlumatlar da təsdiqləyir. 

Proqnoza görə, gələn il fiziki şəxslərin gəlirləri hesabına dövlət büdcəsinə 2,567 milyard manat daxil olmalıdır. 

Bu isə 2025-ci ilin göstəricindən 578 milyon manat və ya 29 faiz çoxdur.

Vergi Məcəlləsinə görə, sözügedən güzəştlərin tətbiqinə 2019-cu il yanvarından start verilib və 7 il üçün, yəni 2026-cı ilin 1 yanvarına qədər qüvvədə olmalıdır. 

Aylıq əmək haqqı məbləği 8000 manatadək olduqda, vergi ödənilmir. Maaşın məbləği 8000 manatdan çox olduqda isə, həmin həddən yüksək məbləğin 14 faizi qədər gəlir vergisi ödənilir. 

Məsələn, aylıq 8500 manat məvacib hesablanan şəxsin maaşının 500 manatlıq hissəsi üçün 70 manat gəlir vergisi hesablanır. 

Lakin bu güzəşt yalnız özəl sektorun qeyri-neft bölməsində rəsmi əmək müqaviləsi ilə çalışanlara və bu kateqoriyadan olan muzdlu işçilərə aiddir.

Əgər özəl məktəbdə çalışan müəllim aldığı 1000 manata maaşa görə gəlir vergisindən tamamilə azaddırsa, onun dövlət sektorunda işləyən həmkarı eyni məbləğə görə 14 faiz vergi ödəməlidir. 

Hökumətin rəsmi mövqeyinə görə, bu güzəştlərin tətbiqində məqsəd qeyri-rəsmi məşğulluğun leqallaşdırılması idi. Söhbət ümumi məşğul əhalinin strukturunda rəsmi əmək müqaviləsi ilə çalışanların xüsusi çəkisinin artırılmasından gedir. 

Əsas sual da budur ki, hökumət güzəştin qüvvədə olduğu 7 il müddətində bu hədəfə nə dərəcədə nail oldu? 

Rəsmi statistikaya görə, muzdla işləyənlərin bütün məşğul əhaliyə nisbəti 32 faizdən 35 faizə yüksəlib. 

Əslində bu qədər genişmiqyaslı güzəştlin müqabilində əldə edilən nəticə elə də qənaətbəxş deyil. Mütləq ifadədə həmin dövrdə muzdla işləyənlərin sayı 220 min nəfər artıb. Amma bu artımın hamısının tətbiq edilən vergi güzəşti ilə əlaqələndirmək yanlış olardı. Çünki əvvəlki 7 ildə, yəni 2011-2018-ci illərdə muzdla çalışanların sayı 150 min nəfər artmışdı.

Lakin Azərbaycan kimi aşağı əmək haqqına malik ölkələrdə yüksək dərəcəli gəlir vergisinin tətbiqi işləyənlərin yoxsulluğu riskini artırır. 

Xüsusilə də hazırkı şərtlərdə Azərbaycanda muzdlu işçilər üçün sosial, tibbi və işsizlik sığortasının tətbiq edilməsi işçilər üçün ümumi vergi yükünü xeyli ağırlaşıdırır. Məsələn, gəlir vergisinin güzəşi ləğv ediləcəyi təqdirdə, biznes sektorunda aylıq 1000 manat maaşla çalışan şəxsin ümumi vergi yükü 213 manat, yaxud aylıq gəlirin 21 faizi qədər olacaq.

Orta aylıq əmək haqqının yaşayış minimunun və ya minimum əmək haqqının 5-6 mislinə çatdığı ölkələrdə hətta 25-30 faiz vergi yükü sosial baxımdan əzici olmaya bilər. Amma Azərbaycanda orta maaşın rəsmi minimum gəlirlərin 2,5 misli qədər olduğu nəzərə alınsa, 21 faiz kifayət qədər ağır yükdür. 

Bu baxımdan, əgər hazırda qüvvədə olan güzəştlərdən imtina olunursa, dünyanın fərqli, hətta inkişaf etmiş ölkələrində muzdla işləyənlər üçün tətbiq olunan müxtılif güzəştlərdə istifadə edilə bilər.  
      
Məsələn, ABŞ-də standart və konkret xərc növləri üzrə güzəştlər tətbiq edilir. Subay şəxslərin illik gəlirinin 14,6 min, ailəli şəxslərin isə ümumi gəlirlərinin 29,2 min dollarlıq hissəsi vergiyə cəlb olunmur. 

Konkret xərc növlərinə görə güzəştlərə gəldikdə, ipotekaya görə ödənən faizlər, müyyən məbləği aşan tibbi və təhsil xərcləri fiziki şəxslərin gəlirlərindən çıxılır. 

Yaxud Almaniayada işə gedib-gəlmək üçün ictimai nəqliyyat xərcləri, işçinin özünü təkmilləşdirmək üçün təlim xərclərinin müəyyən hissəsi, ianələr və pensiya sığortasına çəkilən xərclər ümumi gəlirlərdən çıxılır.

Fransada fiziki şəxslərin gəlirlərindən vergi güzəştləri tətbiq edərkən uşaqların sayı da nəzərə alınır və ailədə illik adambaşına 12,6 min avro məbləğində gəlirlər vergidən azad edilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Memar: "Bayırşəhərdə dövlət reyestrindən çıxarılmış tarixi abidələr reyestrə qaytarılmır"

14 Sentyabr 2026

Abdul Hüseynov

Bayırşəhərdə aparılan söküntülər fonunda ərazidə yerləşən və uzun müddət əvvəl dövlət reyestrindən çıxarılmış tarixi abidələr hələ də reyestrə qaytarılmır.  Bu barədə memar Abdul Hüseynov "Toplum TV"yə məlumat verib.  Sözügedən abidələr Murtuza Muxtarov küçəsində yerləşir və 1899, 1899 və 1902-ci illərdə inşa olunublar.  A.Hüseynovun sözlərinə görə, abidələr 2016-cı ildə heç bir əsas gətirilmədən reyestrdən çıxarılıblar. O bildirir ki, müxtəlif vaxtlarda binaların dövlət reyestrinə qaytarılması üçün aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib.  Bir ildən çoxdur ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb.  Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının...
Ölkə

Şəkidə istirahət mərkəzində kanat xəttində qəza: iki nəfər ölüb

9 Sentyabr 2026

Şəki yaylası

Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində kanat xəttində baş verən qəza nəticəsində iki nəfər həyatını itirib. İlkin məlumata görə, hadisə kanatın trosunun qırılması nəticəsindı baş verib. Hadisə nəticəsində Qax sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub. Bildirilir ki, onlar təxminən 40 metr yüksəklikdən yıxılıblar. Hadisə şahidlərinin “Qəzetçi”yə verdiyi məlumata əsasən, istirahət mərkəzində “zipline” tipli iki kanat xətti fəaliyyət göstərir. Onların sözlərinə görə, qəza oturacağın kanata birləşdirilən hissəsinin qopması nəticəsində baş verib. Mənbə iddia edir ki, xətlərdən biri standartlara uyğun inşa edilsə də, digəri kustar üsulla quraşdırılıb. Qəzanın da...

Seçilmiş Videolar

Toplum TV loqo