BBC
Azərbaycan hökuməti BBC News Azərbaycancanın Bakıda fəaliyyətinin dayandırılmasına göstəriş verib.
BBC bu gün yaydığı bəyanatında bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı "könülsüz qərar" qəbul edib.
''Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi keçiririk’’, - BBC-nin sözçüsü qərar belə şərh edib.
BBC bəyan edib ki, bu qərar Azərbaycana və Azərbaycandan xəbər verilməsi fəaliyyətinə əngəl yaradacaq.
Azərbaycanda dövlətin nəzarətində olan mediada BBC Azərbaycancanın fəaliyyətini dayandırması barədə xəbərlər yayılıb və xəbərlərdə bu, BBC Azərbaycanca əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələbilə izah olunub.
Media qurumu bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən hökumətin qərarını şərh etmək xahişinə cavab verilməyib.
Bəyanatda deyilir ki, BBC-yə bu tələb yalnız şifahi şəkildə çatdırılıb, şirkət Azərbaycan hökumətindən yazılı heç nə almayıb və bir sıra kanallar vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıb.
“BBC -nin Bakıdakı jurnalist komandası işini dayandırıb , amma Azərbaycan dilində xəbər verməyə davam edəcək”, - bəyanatda vurgulanır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Nurlan Libre/şəxsi arxiv
açıq mənbədən götürülüb
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”