Bəgruz Səmədov/sosial media
Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkil Zibeydə Sadıqova Bəhruz Səmədovun ev dustaqlığına buraxılması, istintaqda dindirilən bəzi şahidlərin ifadələrinin, müəyyən sənədlərin sübutlar siyahısından çıxarılması haqda da vəsatətlər qaldırıb. Zibeydə Sadıqova xatırladıb ki, bəzi şəxslər saxlanılıb, onların yeri barədə uzun müddət xəbər almaq mümkün olmayıb. Hətta onların həbs olunduğu ehtimal edilib. Bu barədə mediada da məlumatlar yayılıb. Sonradan üzə çıxıb ki, həmin şəxslər Bəhruz Səmədovun işi üzrə şahid kimi dindirilmək üçün saxlanılıb.
Vəkil prokurorluğun işgəncə barədə şikayəti araşdırmamasından da şikayətlənib, bu haqda vəsatət qaldırıb.
Vəsatətlərin heç biri təmin olunmayıb. Hakimin vəsatətlətlə bağlı bu qərarına Bəhruz Səmədovun münasibəti belə olub: “Mən bir aliməm, istər Mircəfər Bağırov dövründə, istərsə də başqa repressiv rejimlər dövründə alimlər repressiyaya məruz qalıblar. Həmin repressiyalar insanların yaddaşında mənfi tarix kimi qalıb”.
Bəhruz Səmədov ev dustaqlığına buraxılmamasına etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını elan edib.
Növbəti məhkəmə prosesi martın 7-nə təyin edilib.
Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sülh fəalının işi üzrə istintaq da bu qurumda aparılıb.
O, DTX-nın istintaq təcridxanasında saxlanılır.
Bəhruz Səmədov ötən məhkəmə iclaslarından birində gətirilərkən məhkəmə binasının qarşısında “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı! İttihamların hamısı yalandı…” demişdi.
Gənc tədqiqatçı 2024-cü il avqustun 21-də həbs olunub. Ona qarşı qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.
O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.
Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: Sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb