Məhkəmə

Talassemiya Mərkəzinin direktoru məhkəməyə çağrıldı

21 Fevral, 2025
24

açıq mənbədən götürülüb

Talassemiyalı uşaqlar üçün toplanmış təxminən bir milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi davam edir. 

Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilir. 

Zərərçəkənlərin demək olar hamısı Talassemiya Mərkəzində uşaqların müalicəsi ilə məşğul olan Akif hoca tərəfindən Aynur Bayramovaya yönləndirildiklərini, pulu da ona verdiklərini, Aynur Bayramova isə pulları yığıb Nuridə Seyidovaya təhvil verdiyini bildirir. 

Sonuncu məhkəmə iclasında zərərçəkən Tural Nəsmiyev vəsatət verərək cərrah-transplantoloq Mircəlal Kazıminin, Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərovanın, Talassemiya Mərkəzinin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun məhkəməyə çağrılaraq dindirilməsini, bununla yanaşı, təqsirləndirilən şəxslər arasında olan danışıqlar, “Whatsapp” tətbiqi üzərində olan mesajlaşmalar və danışıqların məhkəməyə təqdim olunmasını istəyib. 

Dövlət ittihamçısı, zərərçəkən şəxslər, müdafiə tərəfi və təqsirləndirilənlər buna etiraz etməyib. Hakim zərərçəkmişlərlərin ifadələrindən sonra adıçəkilən şəxslərin məhkəməyə çağrılacaqlarını bildirib. 

Məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından - 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatları, zəngləri, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barədə olan vəsatəti də təmin edib. 

Daha sonra zərərçəkənlər ifadə verib. 

Onlardan biri Natiq Qubatov ifadəsində deyib ki, övladında talassemiya xəstəliyi olub və sağalıb:

"Həmin vaxt uşağın vəziyyəti çox pis idi. 2022-ci ilin aprel ayında mütəmadi olaraq qızıma Talassemiya Mərkəzində qan vururduq. Elə olurdu ki, orqanizm qanı qəbul etmirdi. Türkiyədə müalicə elətdirdim. Sonra dedilər müalicə kömək olmur, əməliyyat olunmalıdır. Həyat yoldaşım Aynur Bayramova ilə tanış oldu. Uşağın qanını verdik, axtarışa verdilər. Bir müddət sonra A.Bayramova dedi ki, donor tapılıb. Mən donorun tapılması ilə bağlı sənəd tələb etdim. Sənədlə tanış olandan sonra A.Bayramovaya və N.Seyidovaya ofislərində görüşüb 15 min dollar pul verdim. Dedim ki, uşağın vəziyyəti pisdir, təcili əməliyyat olunmalıdır”.

O, pulu verdikdən bir müddət sonra aldadıldığını öyrəndiyini deyib: 

"Bu hadisələrdən sonra anamın stressdən səhhəti pisləşdi. Dəfələrlə onlarla görüşdə oldum, uşağın qıvrılan yerdə videosunu göstərdim, xahiş etdim ki, pulumu qaytarsınlar. Tez-tez ofislərini dəyişirdilər. Nə qədər xahiş etdim, pulumu qaytarmadılar. Nömrələrimi bloka atmışdılar. N.Seyidovanın anasının evində oldum, vəziyyəti danışdım, ağladı, dedi ki, qızımın qanı sənə halaldır. Mənim onlarda 16 min 500 manat pulum qalıb. Bu pulu Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Prosesdə zərərçəkən qismində dindirilən Günay Ağayevanın sözlərinə görə, oğlu talassemiyə xəstəliyindən əziyyət çəkir və donor axtarışı zamanı təqsirləndirilən A.Bayramova ilə tanış olub:

"Donorun tapıldığını bildirəndən sonra 25 min manat A.Bayramovanın vasitəsi ilə N.Seyidovaya vermişəm. Həmin pulu N.Seyidova və A.Bayramovadan tələb edirəm".

Təqsirləndirilən Aynur Bayramova deyib ki, onun tək günahı xəstələrin yaxınlarını Nuridə Seyidovaya yönləndirmək olub:

"Mənim də övladım xəstədir. Bu gün zərərçəkən valideyinlərə baxanda vicdan əzabı çəkirəm. Mən sübut edəcəm ki, verilən bütün pullar Nuridədə olub. Mən lazımı yerlərə müraciət edəcəm. Məhkəmə araşdırsın, telefon danışıqlarını üzə çıxarsın, o zaman yeni faktlar üzə çıxacaq. Nuridə deyirdi ki, sponsor mənlik, xəstəxana isə sənlikdir".

Təqsirləndirilən Nuridə Seyidova isə Aynur Bayramovanın ittihamlarını qəbul etməyib. O deyib ki, sponsor məsələsini özü, xəstəxana işlərini isə Aynur Bayramovanın həll edəcəyi ilə bağlı hər hansı bir məsələni müzakirə etməyiblər. 

Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.

Talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Anar Məmmədlini həbsdə saxladı

21 Fevral 2025

sosial media

Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru  Anar Məmmədlinin həbs qətimkan müddətinin uzadılması ilə bağlı qararından verilmiş şikayətə baxılıb. İclasda şikayət təmin edilməyib və Anar Məmmədli həbsdə qalıb. Vəkil Cavad Cavadovun verdiyi məlumata görə Anar Məmmədli səhhətində yaranmış problemlərə görə məhkəmədə iştirakdan imtina edib: “Bir neçə gün öncə Anarla istintaq təcridxanasında görüşdüm. Anar bildirdi ki, səhhətində ağırlaşma var və Apellyasiya Məhkəməsində iştirak etmək istəmir və bununla bağlı ərizə ilə müraciət edib. Anar vertigo xəstəliyindən əziyyət çəkir və mütamadi baş dönməsi (gicəllənmə) halları olur. Dəfələrlə müraciətlərə baxmayaraq, adekvat müalicə ala bilmir”. Anar Məmmədli...
Məhkəmə

Nurlan Libre barəsində həbs qətimkan tədbiri seçildi

21 Fevral 2025

Nurlan Libre/şəxsi arxiv

Fevralın 21-də jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub. Məhkəmə təqdimatı təmin edib. Daxili İşlər Nazirliyi onun “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib. Nurlan Libre də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir. O, fevralın 20-də günorta saatlarında Bakıda saxlanılıb. Yaxınlarının yaydığı məlumata görə, jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və evində axtarış keçirilib. Nurlan Libre daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzalarına məhkum edilib və...

Seçilmiş Videolar

Toplum TV loqo