Məhkəmə

Fazil Qasımovun vəkili məhkəmə tərkibinə: "Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vəkillik edirsiniz"  

21 Fevral, 2025
105

açıq mənbədən götürülüb

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Fazil Qasımovun və Anar Əliyevin işi üzrə məhkəmə davam edib. 

Qasımovun vəkili Fuad Ağayev məhkəmə tərkibinə etiraz verib: “Əgər normal istintq aparılmış olsaydı, bu iş məhkəməyə gəlib çıxmamalıydı. Çıxsaydı da, Fazillə bağlı hissədə cinayət təqibinə xitam verilməliydi. 16 iyul 2024-cü ildə müstəntiq bu işi Qubad İbadoğlunun işindən ayırıb. Halbuki cinayət işinin ayrılması üçün heç bir əsas olmayıb.  Həmin müstəntiqin və Qubad İbadoğlunun çağrılıb şahid qismində ifadə verməsi barədə vəsatət verdik, təmin etmədiniz. İttiham tərəfi iddia edir ki, Fazil Qasımov və Qubad İbadoğlu Türkiyədə cinayət törədiblər. Amma Türkiyədə cinayət işinin başlanması barədə qərar yoxdur. Ola da bilməz, çünki orada qanun işləyir”.

Vəkil onu da bildirib ki, Q/badoğlunun şahid qismində dindirilməsi barədə vəsatəti təmin edilmıəyib.

 “Dedik Qubad İbadoğlunun ifadəsi elan olunsun, onu da təmin eləmədiniz. Çünki o ifadə ittihamı darmadağın edir. Dedik müstəntiq və təhqiqatçı sübutları bilərəkdən korlayıblar onlara əlcəksiz toxunmaqla, vəsatət verdik gəlib dindirilsinlər, onu təmin eləmədiniz. Anar Əliyev ifadəsində dedi ki, guya pulu və kitabı Qubad İbadoğluna “Baksovet”də (İçərişəhər) son görüşü zamanı verib. Həmin günün təhlükəsiz şəhər kameralarından görüntüsü Qubad İbadooğlunun işindədir. Dedik sorğu verilib alınsın, təmin eləmədiniz”, - Fuad Ağayev bildirib.

Vəkil qeyd edib ki, məhkəmə bu işdə daha çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) müdafiəçisi qismində iştirak: “Nazirliyə sorğu göndərilməsini istədik bir neçə işdə keçən eyni seriyalı saxta pul əskinaları ilə bağlı, o vəsatəti də təmin etmədiniz. Əvvəl Fazil Qasımovun ifadəsinə müdaxilə elədiniz, ifadəsini yarıda kəsdiniz,  sonra ifadəsini elan eləmək istədiniz. Halbuki, ifadə verdiyini deyirdi. İstintaq zamanı Fazil Qasımova ancaq Təhsil Fondu barədə suallar verilib. Hakimlərin bu işdə marağı olduğundan etiraz əsaslı sayılmalı və şəksiz təmin edilməlidir. Etiraza Bakı Apellyasiya Məhkəməsi baxmalıdır.  Cinayət-Prosessual Məcəllədə göstərilən əsaslardan birinin mövcud olması hakimlərin bu işdə iştirakını istisna edir. Ona görə də məhkəmə tərkibinə etiraz edirəm. Onlar bu prosesdən kənarlaşdırılmalıdır. Etiraz Bakı Apellyasiya Məhkəməsinə ünvanlanıb”.

Fazil Qasımov vəkilinin etirazı müdafiə edib, özü də məhkəmə tərkibinə yazılı etirazını məhkəməyə təqdim edib. Dövlət ittihamçısı etirazın təmin olunması üçün əsas olmadığını bildirib. Məhkəmə tərkibi qısa müşavirədən qayıdaraq etirazın baxılmamış saxlanıldığını bildirib.

Daha sonra Fazil Qasımov ifadə verməyə davam edib. Lakin hakimlər uzun çıxış etiyini əsas gətirərək hakimlər onun ifadəsini yarıda kəsiblər. Fazil Qasımovun istintaqda verdiyi ifadələri elan edilib. 

O, 3 oktyabr 2023-cü il tarixli ifadəni özünün yazmadığını, müstəntiqin uydurması olduğunu bildirib. O bildirib ki, BMCM-də saxlanıldığı 12 gün ərzində ondan yalnız Təhsil Fondu barədə suallar soruşulub. Hakimlər onun sözünü kəsərək ondan mahiyyəti üzrə ifadə verməyi tələb ediblər. Vəkil Fuad Ağayev buna etirazını bildirərək yenə də məhkəmə tərkibini BMCQMİ-nin  vəkili olmaqda ittiham edib. Fazil Qasımov ifadəsində Qubad İbadoğlu ilə tanışlığı barədə danışmaq istədikdə hakim Mahirə Kərimova artıq başqa proseslərin vaxtı olduğunu bildirərək növbəti məhkəmə iclasını fevralın 21-nə təyin edib. 

Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir.

Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib. 

Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Qubad İbadoğlunun da istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Anar Məmmədlini həbsdə saxladı

21 Fevral 2025

sosial media

Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru  Anar Məmmədlinin həbs qətimkan müddətinin uzadılması ilə bağlı qararından verilmiş şikayətə baxılıb. İclasda şikayət təmin edilməyib və Anar Məmmədli həbsdə qalıb. Vəkil Cavad Cavadovun verdiyi məlumata görə Anar Məmmədli səhhətində yaranmış problemlərə görə məhkəmədə iştirakdan imtina edib: “Bir neçə gün öncə Anarla istintaq təcridxanasında görüşdüm. Anar bildirdi ki, səhhətində ağırlaşma var və Apellyasiya Məhkəməsində iştirak etmək istəmir və bununla bağlı ərizə ilə müraciət edib. Anar vertigo xəstəliyindən əziyyət çəkir və mütamadi baş dönməsi (gicəllənmə) halları olur. Dəfələrlə müraciətlərə baxmayaraq, adekvat müalicə ala bilmir”. Anar Məmmədli...
Məhkəmə

Nurlan Libre barəsində həbs qətimkan tədbiri seçildi

21 Fevral 2025

Nurlan Libre/şəxsi arxiv

Fevralın 21-də jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub. Məhkəmə təqdimatı təmin edib. Daxili İşlər Nazirliyi onun “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib. Nurlan Libre də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir. O, fevralın 20-də günorta saatlarında Bakıda saxlanılıb. Yaxınlarının yaydığı məlumata görə, jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və evində axtarış keçirilib. Nurlan Libre daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzalarına məhkum edilib və...

Seçilmiş Videolar

Toplum TV loqo