Sosial

Qubad İbadoğlu Nobel Sülh Mükafatına nominasiya edilib

21 Fevral, 2025
200

açıq mənbədən götürülüb

ABŞ-ın Rutgers Universitetinin tarixçi professoru, Avropa tədqiatları mərkəzinin direktoru Belinda Davis keçmiş iş yoldaşı, hazırda Bakıda ev dustaqlığında olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. 

Norveç Nobel Komitəsinin professora cavab məktubunda bildirilir ki, İbadoğlunun 2025-ci il Nobel Sülh Mükafatına nominasiyası müvəffəqiyyətlə təqdim edilib və onun namizədliyi qeydiyyata alınıb.

Qubad İbadoğlu Nobel Sülh Mükafatına nominasiyası irəli sürülən ilk azərbaycanlı sayılır.

"Tanınmış iqtisadçı, akademik və insan hüquqları müdafiəçisi Dr. İbadoğlu öz həyatını ədalətə, şəffaflığa və vətəni Azərbaycanda və onun hüdudlarından kənarda hüququ pozulanların müdafiəsinə həsr edib" - B.Davis açıqlamasında bildirib. 

Onun sözlərinə görə, azərbaycanlı alim korrupsiya və ölkənin zəngin təbii sərvətlərinin düzgün idarə edilməməsi ilə davam etdirilən sosial bərabərsizliklərin birbaşa şahidi olub.

"Doktor İbadoğlu Azərbaycanın təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərin “siyasi elita” tərəfindən ədalətsiz bölgüsünə və mənimsənilməsinə qarşı çıxaraq, neft və qaz gəlirlərinin öz xalqına fayda gətirməsi üçün yorulmadan çalışıb” - o, qeyd edib.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Yağış sığorta şirkətlərinə 1 milyon manata başa gəlir

18 Aprel 2025

açıq mənbədən götürülüb

Aprelin 15 və 16-da baş verən kəskin yağıntıya görə 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb. Onların ümumi zərər məbləğinin 1 milyon manatı ötəcəyi ehtimal edilir. Bu barədə "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birliyi Report.az-a məlumat verib. Qurum bildirib ki, yağıntıya görə sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si avtomobil, 157-si daşınmaz əmlak sahiblərinə aiddir. Bundan başqa 77 nəfər “Kasko” sığorta növü, 21 nəfər isə yanğın və və digər risklərdən sığorta növünə görə şirkətlərə müraciət edib. 294 hadisə üzrə ehtimal olunan zərər...
Sosial

İmişlidə etiraza görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb

7 Aprel 2025

sosial media

Bu il yanvarın 18-də İmişlidə Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 məktəblinin ölümünə səbəb olan qəzadan sonra barəsində  saxlanılan 14 nəfərin həbs müddəti uzadılıb. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb. İmişli rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərin həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb. Yanvarın 18-də İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu.  Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan üç azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olmuşdu. Rayon sakinləri etirazlara görə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin...

Seçilmiş Videolar

Toplum TV loqo