Ölkə

Ülviyyə Əli ABŞ senatoruna: İnsan haqları çoxdan al-ver predmetinə çevrilib
 

14 Oktyabr, 2025
320

Foto; sosial media

"Meydan TV işi" üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) ABŞ senatoru Cin Şehinin ona yazdığı məktuba cavab verib. 

 "Toplum TV" məktubu olduğu kimi təqdim edir. 

"Salam, hörmətli Cin Şehinin!

İlk öncə diqqətiniz üçün təşəkkür edirəm! 

Bu gün mənim ad günümdür və mən Azərbaycan dövlətinin şərlənməsinə məruz qalmışam deyə doğum günümü yaxınlarımla, azadlıqda deyil, dəmir barmaqlıqlar ardında keçirməyə məcbur buraxılmışam. 

Əlbəttə, biz həqiqət uğrunda mübarizə yoluna girəndə, jurnalistikanın peşə etikasına sadiq qalanda çətinliklərlə üzləşəcəyimizi bilirdik və buna hazır idik. Çox sevinirəm ki, hazırda tarixin doğru üzündə dayanmışam və məşəqqətli olsa da nikbinliyimi qoruyub saxlaya bilirəm. 

Çox təəssüf ki, hazırda dünyada iqtisadi maraqlar insan haqlarından daha prioritet müstəvidə tutulur. Heç kimə sirr deyil ki, insan haqları məsələsi çoxdan al-ver predmetinə çevrilib. Müharibələri başladanlar, minlərlə insanların ölümünə fərman verənlər özlərini sülh carçısı elan etməkdən çəkinmirlər. Lakin unutmaq olmaz ki, hər müharibə dünyanı daha da avtoritarlaşdırır, istismarçı, hegemonluq etmək istəyən dövlətləri söz sahibinə çevirir. 

İnsan haqlarını öz riyakarlıqlarında istifadə etmək istəyənlərin sırasında olmadığınız üçün sizə təşəkkür edirəm. Bir gün ədalətin və həqiqi sülhün zəfər çalacağı ümidi ilə,

Ülviyyə Əli 
13.10.2025, Bakı İstintaq Təcridxanası" 

Cin Şehin Ülviyyə Əliyə yazdığı məktubda onun azadlığı üçün əlindən gələni edəcəyini bildirmişdi. 

O, analoji məktubları həbsdə olan "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadəyə də yazıb. 

Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Memar: "Bayırşəhərdə dövlət reyestrindən çıxarılmış tarixi abidələr reyestrə qaytarılmır"

14 Sentyabr 2026

Abdul Hüseynov

Bayırşəhərdə aparılan söküntülər fonunda ərazidə yerləşən və uzun müddət əvvəl dövlət reyestrindən çıxarılmış tarixi abidələr hələ də reyestrə qaytarılmır.  Bu barədə memar Abdul Hüseynov "Toplum TV"yə məlumat verib.  Sözügedən abidələr Murtuza Muxtarov küçəsində yerləşir və 1899, 1899 və 1902-ci illərdə inşa olunublar.  A.Hüseynovun sözlərinə görə, abidələr 2016-cı ildə heç bir əsas gətirilmədən reyestrdən çıxarılıblar. O bildirir ki, müxtəlif vaxtlarda binaların dövlət reyestrinə qaytarılması üçün aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib.  Bir ildən çoxdur ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb.  Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının...
Ölkə

Şəkidə istirahət mərkəzində kanat xəttində qəza: iki nəfər ölüb

9 Sentyabr 2026

Şəki yaylası

Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində kanat xəttində baş verən qəza nəticəsində iki nəfər həyatını itirib. İlkin məlumata görə, hadisə kanatın trosunun qırılması nəticəsindı baş verib. Hadisə nəticəsində Qax sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub. Bildirilir ki, onlar təxminən 40 metr yüksəklikdən yıxılıblar. Hadisə şahidlərinin “Qəzetçi”yə verdiyi məlumata əsasən, istirahət mərkəzində “zipline” tipli iki kanat xətti fəaliyyət göstərir. Onların sözlərinə görə, qəza oturacağın kanata birləşdirilən hissəsinin qopması nəticəsində baş verib. Mənbə iddia edir ki, xətlərdən biri standartlara uyğun inşa edilsə də, digəri kustar üsulla quraşdırılıb. Qəzanın da...

Seçilmiş Videolar

Toplum TV loqo