Foto: Reuters
Avropa İttifaqı (Aİ) oktyabrın 12-də 29 ölkəni əhatə edəcək yeni "Giriş-Çıxış Sistemi"nin mərhələli icrasına başlayıb.
Pasportlara möhür vurulmadan, səyahətçilərin məlumatlarının rəqəmsal toplanmasını nəzərdə tutan bu sistem 29 ölkənin sərhəd keçid məntəqələrində tədricən tətbiq olunacaq və 2026-cı ilin aprelin 10-a qədər tam şəkildə həyata keçiriləcək.
Bu ölkələrə Kipr və İrlandiyanı çıxmaqla, Aİ-nin 27 üzvündən 25-i, habelə Aİ-yə üzv olmayan Avropa ölkələri – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir.
"Giriş-Çıxış Sistemi"nin icrası zamanı pasport nəzarəti əməkdaşları səyahətçinin üzünün şəklini çəkəcək və barmaq izlərini skan edəcək. Bu məlumatlar rəqəmsal faylda qeyd olunacaq.
Səyahətçi növbəti dəfə səyahət etdikdə isə əməkdaşlar bu dəfə yalnız barmaq izlərini və şəkli yoxlayacaqlar ki, bu da daha az vaxt aparacaq. Nadir hallarda məlumatların yenidən toplanması və qeydiyyata alınması zəruri ola bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”