Siyasət

Azərbaycan XİN: "Naxçıvana hücumu qətiyyətlə pisləyirik" 

5 Mart, 2026
127

Foto: Azərtac

Martın 5-də sosial şəbəkələrdə Naxçıvan hava limanına dron hücumuna dair videogörüntülər yayılıb. 

APA-nın xəbərinə görə, dronlardan biri terminala, daha bir neçə dron aeroportun yaxınlığına, bir dron isə Şəkərabad kənd məktəbinin yaxınlığına düşüb. 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq hücumda İranı günahlandırıb və iki nəfərin xəsarət aldığını xəbər verib. 

"İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir", - bəyanatda bildirilib. 

XİN İrandan məsələyə aydınlıq gətirməyi və "bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi" tələb edib. 

Əlavə olaraq, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilunun Azərbaycan XİN-ə çağırıldığı və ona müvafiq etiraz notası təqdim ediləcəyi bildirilib. 

İran tərəfi hələ ki məsələ ilə bağlı açıqlama verməyib. 

Fevralın 28-dən ABŞ və İsrail orduları İrana hücumlar edir. İran isə qarşılığında Yaxın Şərqdəki ABŞ bazalarına, İsrailə və digər ölkələrə zərbələr endirir. 

Azərbaycan münaqişənin başlamasından bəri, əsasən, neytral mövqe sərgiləyib. 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov daha öncə İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək Azərbaycan ərazisinin İrana hücumlarda istifadə olunmayacağına söz verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”

30 Sentyabr 2026

Tapdıq Fərhadoğlu

“Toplum TV işi” üzrə 14 il azadlıqdan məhrum edilən media hüquqşünası, “Toplum TV” təsisçisi  Ələsgər Məmmədli Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb. O, Bakı Apellyasiya Məhkəməsində işinə baxılması zamanı bir sıra hüquq pozuntularına yol verildiyini bildirib və Ombudsmandan növbəti məhkəmə iclaslarını monitorinq etməyi istəyib. Ələsgər Məmmədlinin müraciətini olduğu kimi təqdim edirik. Bildiyiniz kimi, 8 mart 2024-cü il tarixindən etibarən 32 aydır saxta ittihamla ən təməl hüquqlardan olan azadlıq hüququm kobud şəkildə məhdudlaşdırılıb. Bir hüquqşünas kimi, ömrünün 30 ilindən çoxunu insan hüquqlarının müdafiəsinə və tədrisinə həsr edən bir vətəndaş kimi yeganə sığınacağım hüququn aliliyi, ədalətin bərqərar...
Siyasət

Təqsirləndirilən şəxs Ramil Babayevə danışıb: “Ürəyimə üç dəfə stent qoyulub, amma müəssisədə dərman yoxdur”

30 Sentyabr 2026

sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşı Ramil Babayev saxlanıldığı Umbakı Penitensiar Müəssisəsində təqsirləndirilən şəxslərdən birinin  səhhətindəki problemlər barədə yazıb. Ramil Bayayevin yazısını olduğu kimi təqdim edirik. “Mən Babayev Cavid, 55 yaşındayam. Birinci Qarabağ müharibəsi iştirakçısıyam və hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılıram. Mənim ciddi sağlamlıq problemlərim var. Ürəyimə üç dəfə stent qoyulub. Hər axşam bütün bədənimdə ağrı hiss edirəm, sümüklərim sızıldayır. Bununla bağlı həkim qəbulu tələb etmişdim. Məni yarım ay yubadandan sonra həkim müayinəsinə apardılar. Həkim müayinədən sonra bir neçə dərmandan istifadə etməli olduğumu, həmçinin mənə sistem köçürülməli olduğunu dedi. Mən həmin dərmanları həkimdən istədim. O isə...

Seçilmiş Videolar

Toplum TV loqo