İlkin Əmrahov ədliyyə nazirinə: ”Zəhmət çəkin üzərinizə düşən öhdəliyi yerinə yetirin"
Sosial media
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı, “Toplum TV işi“ üzrə həbsdə olan İlkin Əmrahov ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb.
IDI-ın ictimailəşdirdiyi müraciəti təqdim edirik.
Cənab Əhmədov, Penitensiar Xidmətdə oftalmoloq axtarılır. Tapan şəxsə mükafat söz vermişəm. İstəsəniz, siz də axtarışlara qoşulun.
Bakı İstintaq Təcridxanasının rəhbərliyinə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə (ƏNTBİ) dəfələrlə rəsmi qaydada müraciət etmişəm. Başqa həbs edilmiş şəxslərin müraciət etməsinə kömək etmişəm. Bakı İstintaq Təcridxanası da ƏNTBİ-yə müraciət etdiyini bildirir. ƏNTBİ-dən isə gələn məktubda mənə qayğı ilə yanaşıldığı, səhiyyə xidmətlərinin əlçatan olduğu yazılır. Amma ortada oftalmoloq yoxdur.
Dövlət büdcəsindən 1500 məhbus üçün səhiyyə xidmətlərinə görə 200 min AZN ayrılıb. Həmsöhbət olduğum məhbuslar, t/ş-lər bu barədə məlumatsızdır. Vəsaiti necə xərcləmisiniz ki, yaşlı insanlar sınıq eynəklərlə gəzirlər, göz ölçülərini müəyyənləşdirə bilmirlər?!
Qanunvericilik tibbi təminata görə həbs edilmiş şəxslərin saxlanıldığı qurumun, müəssisənin cavabdeh olduğunu bildirir. Zəhmət çəkin, üzərinizə düşən öhdəliyi yerinə yetirin!
Həmsöhbət olduğum digər şəxslər bu vəziyyətin Penitensiar Xidmətin digər təcridxana və cəzaçəkmə müəssisələrində də eyni olduğunu bildirirlər.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Abgül Süleymanov 30 sutka həbs edilib
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır