“Həbsdəki araşdırmaçı Hafiz Babalının “Qafqazinfo”ya qarşı qaldırdığı iddiaya baxılması yubanır”
Toplum TV
“Abzas Media işi” üzrə həbs edilmiş araşdırmaçı jurnalsitin Hafiz Babalının “Qafqazinfo.az” saytına qarşı qaldırdığı iddiasına baxılması yubadılır (“Turan”).
İddia adıçəkilən saytda 28 dekabr 2023-cü ildə dərc edilmiş "Hafiz Babalının işi üzrə yeni detallar" adlı yazı ilə bağlı qaldırılıb.
Yazıda araşdırmaçı jurnalistin şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatların getdiyi bildirilir.
"Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb", məqalədə iddia olunur.
Bu iddiaları rədd edən Babalı araşdırmaların onun jurnalist fəaliyyətinin bir hissəsi olduğunu qeyd edir. Bundan əlavə, heç kimin onun aşdırmaları ilə bağlı irad bildirmədiyini, rəsmi qurumların ordakı məlumatları təkzib etmədiyini və məhkəmədə mübahisələndirilmədiyini vurğulayır.
Babalı məhkəmədən xahiş edib ki, nəşr böhtan xarakterli iddiaları təkzib etsin, ondan üzr istənilsin, eyni zamanda, 9900 manat məbləğində kompensasiya və 119 manat məbləğində məhkəmə xərclərinin ödənilməsi barədə qərar qəbul etsin.
İddia ötən ilin yazında qaldırsa da, iclaslar dəfələrlə təxirə salınıb. Oktyabrın əvvəlində məhkəmə mətni məhkəmə-linqvistik ekspertizaya göndərməyə qərar verib.
Babalının vəkili Rəsul Cəfərov “Turan”a deyib ki, mülki prosessual qanunvericiliyə əsasən ekspertiza aparılmalıdır və onun nəticələri bir ay ərzində məhkəməyə təqdim edilməlidir.
“Göstərilən müddətdə ekspertizadan imtina edilməlidir. Babalı ilə bağlı vəziyyətdə bunların heç biri yoxdur. Müstəsna hallarda ekspertiza ekspertlərin işləməsi üçün daha çox vaxt verilməsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Ancaq indiki halda bu da yoxdur”.
Rəsul Cəfərov ötən həftə məhkəməyə müraciət edib ki, ya ekspertiza rəyinin alınması təmin edilsin, ya da məhkəmə icraatını yeniləsin və işə ekspertiza olmadan baxılsın.
Hafiz Babalı 2023-cü ilin dekabrında "xarici valyuta qaçaqmalçılığında" və digər iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Müsavat Partiyası Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətinə görə narahatdır
Ələsgər Məmmədli/şəxsi arxiv
sosial mənbə
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək