XİN: “Dəfələrlə xəbərdarlığa baxmayaraq, Rusiya SOCAR-ın obyektlərinə hücumları davam etdirir”
Açıq mənbə
Rusiya ordusunun Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirməsindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan XİN-in yaydığı məlunata görə, görüş zamanı Ukraynanın Nikolayev vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub.
Rəsmi Bakı əvvəllər Odessadakı neft bazasına və qazpaylayıcı kompressor stansiyasına edilən hücumları da xatırladıb. Bu zərbələr nəticəsində şirkətə ciddi maddi ziyan dəydiyi və əməkdaşlar arasında yaralananların olduğu səfirin diqqətinə çatdırılıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığını göstərir.
"Görüşdə həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib", - XİN bildirib.
Azərbaycan tərəfi Rusiyanı bütün bu hadisələrlə bağlı hərtərəfli araşdırma aparmağa, izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb
sosial media
“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır