Sosial

 “Turan” agentliyi: “USAID-dən maliyyə almamışıq”

20 Fevral, 2025
38

Turan İA

“Turan” İnformasiya Agentliyi fevralın 15-də və 18-də “Day az” saytında dərc olunan diffamasiya xarakterli məqalə ilə bağlı bəyanat verib. 

Bəyanatda qeyd edilib ki, saytın dərc etdiyi məqalələrdə müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edib. 

Agentlik bu məqalələri “Turan”ın nüfuzdan salınmasına yönəlmiş dezinformasiya hesab edir.

Bəyanatda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID), Milli Demokratiya Fondundan (NED), Avropa Demokratiya Fondunun (EED) və "Mediazona" fondundan alınan qrantlarla bağlı yayılan məlumatların media qurumunu nüfuzdan salmağa yönələn dezinformasiya olduğu bildirilib.

““Turan” müstəqil media qurumu kimi yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində və peşəkar, etik jurnalistika prinsiplərinə uyğun fəaliyyət göstərir. Məqalələrdə təqdim olunan rəqəmlər və ittihamlar həqiqətə uyğun deyil”, – bəyanatda bildirilib. 

“Media haqqında”qanuna istinad edən “Turan” “Day az”- dan cavab hüququnun təmin edilməsini və bu bəyanatı saytında dərc etməyi tələb edib. Agentlik haqqında yayılan  iddialarla bağlı arqumentlərini aşağıdakı kimi formalaşdırıb.  

1. “Turan” heç vaxt ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyə almayıb. Müəlliflərin 2010-2020-ci illər arasında agentliyin hesablarına guya ən azı 2 milyon dollar köçürüldüyü barədə iddiaları tamamilə yalandır.

2. 2015-2023-cü illər arasında agentliyin insan haqları və mətbuat azadlığı ilə bağlı "müstəqil" hesabatlar hazırlamaq üçün Milli Demokratiya Fondundan (NED) iri məbləğdə vəsait aldığı iddiası da əsassızdır. “Turan” “NED”-dən heç bir maliyyələ almayıb və göstərilən dövrdə bu qurum tərəfindən maliyyələşdirilməyib.

3. Məqalədə iddia olunur ki, 2024-cü ildə “Turan” Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən 18.771 manat alıb. Bu iddia əsassızdır - “Turan” belə vəsait almayıb.

4. Müəlliflər həmçinin “Turan”ın Çexiyanın hərbi attaşesindən 68.946 manat aldığı və bu vəsaitin "abunəlik" adı altında gizlədildiyi barədə iddia irəli sürüb. Belə bir ödəniş mövcud deyil. Bu, açıq şəkildə saxtakarlıqdır.

5. Məqalədə iddia edilir ki, 2023-cü ildə “Turan”ın gəliri 600.000 manatdan çox olub və bunun əhəmiyyətli hissəsi Avropa səfirlikləri və fondları, o cümlədən Avropa Demokratiya Fondu (EED), “USAID” və Qərb kəşfiyyat xidmətləri ilə əlaqəli strukturlardan daxil olub. Bu, böhtandır. Agentliyin gəliri qeyd olunan məbləğdən dəfələrlə az olub və yalnız informasiya məhsullarının satışı nəticəsində formalaşıb. “Turan” bu strukturlardan heç bir maliyyə almayıb.

6. Avropa Demokratiya Fondunun (EED) guya 2022-ci ildə agentliyə analitik materialların hazırlanması üçün 120 min avro ayırdığı iddiası tamamilə yalandır. “EED” heç vaxt “Turan”ı maliyyələşdirməyib.

7. Məqalədə bildirilir ki, Fransa strukturları “Turan”ı fəal şəkildə dəstəkləyib, xüsusilə 2021-ci ildə agentlik "Mediazona" fondundan 50.000 avro alıb. Bu da növbəti saxta iddiadır - “Turan” "Mediazona" və ya oxşar qurumlardan heç vaxt maliyyə almayıb.

Agentliyin yaydığı bəyanatda həmçinin qeyd edilib ki, “Day az”ın fevralın 18-də yaydığı ikinci məqalədə agentliyin informasiya xidmətlərinin satışından əldə etdiyi qanuni gəliri “xarici maliyyələşmə” kimi təqdim olunub.

“Məqalədə 2020-2024-cü illər arasında “Turan”ın guya xaricdən 180.596 manat aldığı qeyd edilir və bu, xarici müdaxilənin sübutu kimi təqdim olunur. Lakin, əslində, bu, agentliyin xəbər və analitik materiallarının satışından əldə etdiyi qanuni kommersiya gəlirləridir”, – deyə bəyanatda vurğulanıb.

Dərc olunan ittihamların “Media haqqında” qanunun tələblərini pozduğunu bəyan edən “Turan” yaydığı bəyanatın cavab haqqı kimi  “Day az” saytında dərc olunmayacağı halda, öz nüfuzunu qorumaq üçün hüquqi addımlara baş vuracağını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Qubad İbadoğlu Nobel Sülh Mükafatına nominasiya edilib

21 Fevral 2025

açıq mənbədən götürülüb

ABŞ-ın Rutgers Universitetinin tarixçi professoru, Avropa tədqiatları mərkəzinin direktoru Belinda Davis keçmiş iş yoldaşı, hazırda Bakıda ev dustaqlığında olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.  Norveç Nobel Komitəsinin professora cavab məktubunda bildirilir ki, İbadoğlunun 2025-ci il Nobel Sülh Mükafatına nominasiyası müvəffəqiyyətlə təqdim edilib və onun namizədliyi qeydiyyata alınıb. Qubad İbadoğlu Nobel Sülh Mükafatına nominasiyası irəli sürülən ilk azərbaycanlı sayılır. "Tanınmış iqtisadçı, akademik və insan hüquqları müdafiəçisi Dr. İbadoğlu öz həyatını ədalətə, şəffaflığa və vətəni Azərbaycanda və onun hüdudlarından kənarda hüququ pozulanların müdafiəsinə həsr edib" - B.Davis açıqlamasında bildirib. ...
Sosial

Təyyarə üçün təhlükəli quşların toplandığı obyekt quranlar cərimələnəcək

19 Fevral 2025

açıq mənbədən götürülüb

Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək. Hazırda bu əmələ görə 50manat məbləğində cərimə tətbiq olunur. ABŞ-da fəaliyyət göstərən Quşlarla Toqquşmalar Komitəsinin (Bird Strike Commettee USA) məlumatına görə,...

Seçilmiş Videolar

Toplum TV loqo