Son 4 ildə dinlənən hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub"
Foto: açıq mənbə
Təhsil İnstitutunun son 4 ildə monitorinq apardığı hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub".
Bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev sentyabrın 12-də “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib.
Onun sözlərinə görə, qurum son 4 ildə 400 məktəbdə ümumilikdə 17,300 dərsdə dinləmə aparıb. O, dinləmə aparılan məktəblərin ölkə üzrə yerləşmə arealını açıqlamayıb.
"Bu dərslərin müfəssəl datasını toplamışıq. Əsas fokus Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi fənn dərsləri olub. Qiymətləndirmədə 5 meyara fikir verilib: müəllimlərin dərsə hazırlığı, şagirdlərin dərsdə fəal iştirakı, resurslardan istifadə, dərslərin şagirdlərdə bilik və bacarıqları formalaşdırması və formativ qiymətləndirmənin aparılması", - Əliyev açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”