Dünya

Gürcüstanda seçkidən sonra həbslər davam edir

6 Oktyabr, 2025
38

Foto: Reuters

Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərindən və etirazlardan sonra hakimiyyət orqanları həbslərin davam edəcəyini bildirib. 

Ölkənin Daxili İşlər Nazirliyi qarşıdakı günlərdə hökumət əleyhinə etirazlara qarşı təzyiqlərin artırılacağını vurğulayıb.

Son məlumatlara görə, seçki günü keçirilən nümayiş və sonrakı toqquşmalarla əlaqədar beş müxalif fiqur saxlanılıb.

“Zorakılıqda iştirak edən hər kəs istisnasız olaraq hökuməti devirmə cəhdinin iştirakçısıdır”, – baş nazir İrakli Kobaxidze seçkidən sonra keçirilən brifinqdə bildirib və əlavə edib ki, “bu insanlar qarşıdakı günlərdə sürprizlər gözləməlidirlər.”

O, həmçinin, dövlətin indi “30 həyasız təxribatçıdan daha çoxunu” həbs etməli olacağına işarə edib. 

Kobaxidze əlavə edib ki, dövlətin indi əvvəlki etiraz dalğaları ilə müqayisədə "vətəndaşları müəyyən etmək üçün daha geniş imkanları" var.

4 oktyabr seçkisi ölkənin ən böyük müxalifət partiyaları tərəfindən boykot olunub. Seçki sonrası 
nümayiş isə bir neçə müxalifət nümayəndəsi tərəfindən uzun müddət əvvəl elan olunmuşdu. 

Təşkilatçılar bu aksiyanı “sülh yolu ilə inqilab” və “sülh yolu ilə devrilmə” adlandıraraq, hakim Gürcü Arzusu partiyasının 13 illik hakimiyyətinə bir gün ərzində son qoymaq kimi iddialı məqsəd ortaya qoymuşdular.

Daxili İşlər Nazirliyi bildirib ki, “qanun pozucularının müəyyən edilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində işlər davam etdiriləcək”, həmçinin "qarşıdakı günlərdə keçiriləcək istənilən toplaşma çevriliş cəhdinin davamı” kimi qiymətləndiriləcək.

“İctimai asayiş və təhlükəsizliyin təhdid olunmaması üçün müvafiq tədbirlər görüləcək", – bəyanatda qeyd olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

6 Oktyabr 2025

Foto: The Nobel Prize

Fiziologiya və tibb üzrə Nobel mükafatı periferik immun tolerantlığı araşdırdıqları üçün alimlər Meri Brunkou, Fred Ramsdell və Şimon Sakaquçiyə verilib. 2024-cü ildə bu nominasiyada qaliblər Viktor Embros və Qeri Ravkan olmuşdu. Onlar mikroRNT və onun genlərin posttranskripsion tənzimlənməsindəki rolunu kəşf etmişdilər.  Alimlər genlərin tənzimlənməsinin tamamilə yeni prinsipini ortaya qoyublar və bu prinsip çoxhüceyrəli orqanizmlər, o cümlədən insan üçün son dərəcə mühüm sayılır.  Rəsmi press-relizdə qeyd olunub ki, hazırda insan genomunda minlərlə mikroRNT-nin kodlandığı məlumdur. Meri Brunkou 1961-ci ildə ABŞ-də doğulub. Onun əsas elmi maraq dairəsi genetika, molekulyar biologiya və immunologiya sahələrini əhatə edir. Fred Ramsdell isə ABŞ-dən olan immunoloqdur. Şimon...
Dünya

HƏMAS israilli əsirləri azad etməyə hazır olduğunu bildirib

4 Oktyabr 2025

Foto: AFP

Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması oktyabrın 3-də ABŞ prezidenti Donald Trampın bu həftə açıqladığı sülh planına cavab verib.  Qruplaşma əsirlikdə saxladığı israilliləri azad etməyə və bunun üçün danışıqlara başlamağa hazır olduğunu bəyan edib.  “Bu kontekstdə hərəkat vasitəçilər vasitəsilə dərhal danışıqlara girməyə hazır olduğunu və bunun detallarını müzakirə etməyə razı olduğunu təsdiqləyir", - bəyanatda deyilir.  Qruplaşma Trampın təklifində yer alan, Qəzzanın idarəetməsinin Trampın özü və keçmiş Britaniya baş naziri Toni Bleyrin də sıralarında olacağı "Sülh Şurası"na verilməsini isə rədd edib.  "Hərəkat, həmçinin, Qəzza zolağının idarəsini fələstinli müstəqil şəxslərdən (texnokratlardan) ibarət bir quruma, fələstinli milli konsensus, eləcə də ərəb və İslam...

Seçilmiş Videolar

Toplum TV loqo