Foto: The Nobel Prize
Fiziologiya və tibb üzrə Nobel mükafatı periferik immun tolerantlığı araşdırdıqları üçün alimlər Meri Brunkou, Fred Ramsdell və Şimon Sakaquçiyə verilib.
2024-cü ildə bu nominasiyada qaliblər Viktor Embros və Qeri Ravkan olmuşdu.
Onlar mikroRNT və onun genlərin posttranskripsion tənzimlənməsindəki rolunu kəşf etmişdilər.
Alimlər genlərin tənzimlənməsinin tamamilə yeni prinsipini ortaya qoyublar və bu prinsip çoxhüceyrəli orqanizmlər, o cümlədən insan üçün son dərəcə mühüm sayılır.
Rəsmi press-relizdə qeyd olunub ki, hazırda insan genomunda minlərlə mikroRNT-nin kodlandığı məlumdur.
Meri Brunkou 1961-ci ildə ABŞ-də doğulub. Onun əsas elmi maraq dairəsi genetika, molekulyar biologiya və immunologiya sahələrini əhatə edir. Fred Ramsdell isə ABŞ-dən olan immunoloqdur. Şimon Sakaquçi Yaponiya immunoloqu və Osaka Universitetinin professorudur.
Tibb və fiziologiya üzrə Nobel mükafatının qaliblərini 1810-cu ildə təsis edilmiş Stokholmdakı Karolin İnstitutu müəyyənləşdirir.
Məhz bu mükafatın təqdimatı ilə “Nobel həftəsi” başlayır.
Çərşənbə axşamı fizika, çərşənbə günü kimya, cümə axşamı isə ədəbiyyat üzrə qaliblərin adları açıqlanacaq. Ardınca Sülh və İqtisadiyyat üzrə Nobel mükafatlarının sahibləri elan ediləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: AFP
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır