Dünya

Rusiyanın hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiyadır” – Almaniya kansleri

22 Noyabr, 2024
11

CNN.com

Almaniya kansleri Olaf Şolz deyib ki, Rusiyanın Ukraynaya qarşı eksperimental hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiya” nümunəsidir və nəyin bahasına olursa-olsun, eskalasiyadan yayınmaq lazımdır (AFP).

O, həmçinin qeyd edib ki, Almaniya müttəfiqlərilə müzakirələr aparmalı və "bu müharibənin Rusiya və NATO arasında müharibəyə çevrilməsinin qarşısını alacaq işlər görməlidir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Yenə iğtişaşlar olsa, interneti kəsəcəm – Lukaşenko

22 Noyabr 2024

nytimes.com

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk Dövlət Linqvistik Universitetində humanitar universitetlərin tələbələri ilə görüşü zamanı deyib ki, ölkədə 2020-ci ildəki kimi iğtişaşlar baş versə, internet əlaqəsini tamamilə kəsəcək (DELTA). Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Lukaşenkonun sözlərinə görə, 2020-ci ildə interneti onun icazəsilə söndürüblər.  O, tərəzinin bir gözündə ölkənin taleyinin  olduğunu vurğulayıb; deyib ki, o vaxt ölkəni qoruyub saxlamasaydı, müharibə ola bilərdi. “Hər şeyin hardan gəldiyini başa düşürdüm. İnternetdən, ilk növbədə Polşadan - marşrutlar, hara gedəcəyimiz, necə gedəcəyimiz... Mən nəticənin nə ola biləcəyini başa düşürdüm. Bizdə müharibə Ukraynadakından betər olardı” – Lukaşenko belə deyib.
Dünya

Merkel Ukraynanın NATO-ya qəbul edilməsinə mane olmağa çalışıb

22 Noyabr 2024

Agenzia Nova

Angela Merkel Rusiyanın cavab addımlarından ehtiyat edərək Ukraynanın NATO-ya daxil olması prosesini qəsdən ləngidib – Almaniyanın keçmiş kanslerinin hələ dərc olunmamış memuarlarının “Die Zeit” nəşrində paylaşılan hissəsindən belə məlum olur. Keçmiş kanslerin “Azadlıq: memuarlar, 1954-2021” adlı kitabı gələn həftə dərc ediləcək. Angela Merkel 16 il Almaniyaya rəhbərlik edib. O, dünyanın ən güclü və nüfuzlu liderlərindən biri hesab olunurdu. Amma son vaxtlar Merkelin siyasi irsi ilə bağlı suallar yaranıb. Çoxları hesab edir ki, Avropanın hazırkı vəziyyətinə və xüsusən də Ukraynadakı müharibəyə Merkelin Rusiyaya ilə bağlı tərəddüdlü mövqeyi səbəb olub (BBC).   KİV-lərdə qeyd olunurdu ki, Merkelin xatirələri müasirlərinin və gələcək nəsillərin...

Seçilmiş Videolar

Toplum TV loqo