Ölkə

Rəsulzadənin sözlərinin əks edildiyi lövhə niyə yerinə qaytarılmayıb? - Nazirlikdən cavab

22 Noyabr, 2024
15

yeniavaz

Bu ilin aprelində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında təmir aparılarkən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin sözlərinin əks olunduğu lövhə götürülüb.

“Bir kərə yüksələn bayraq bir daha enməz” yazılan lövhə təmirdən sonra  yerinə qaytarılmayıb.

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən Qafqazinfo-ya verilən məlumata görə, binanın yeni görünüşünə uyğun lövhə hazırlanaraq yerinə asılacaq. 

Binanın müasir üslubda təmir edildiyini bildirən qurumdan deyilir ki, Rəsulzadənin sözlərinin və bayraq ornamentinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. 

“Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq”, - Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən deyilir.

Əliyevlər hakimiyyəti dövründə Rəsulzadəyə və Azərbaycan Xalq Cümhuriyyətinə münasibət birmənalı olmayıb. Onun adı Bakı Dövlət Universitetindən və büstü adıçəkilən universitetin qarşısından götürülüb, uzun illər şəhərin mərkəzində - Kukla Teatrının qarşısında heykəli qoyulacağı deyilsə də, həmin abidə qoyulmayıb. Bundan başqa, vaxtilə onun şəkli manatın üzərində həkk edilsə də, sonradan neft buruqları ilə əvəzlənib. Ona görə də lövhənin indilik geri qaytarılmaması sosial mediada tənqidlə qarşılanıb.      

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

İmran Əliyev aclıq aksiyasını dayandırdı

22 Noyabr 2024

Azadlıq.org

“Meclis.info” saytının həbsdə olan təsisçisi İmran Əliyev noyabrın 18-də başladığı aclıq aksiyasını dayandırıb. O, heç bir cinayət törətmədiyini əsas gətirərək azadlığa buraxılmasını tələb edirdi (“Turan”). Əliyev valideynlərilə telefon danışığında deyib ki, səhhəti pisləşdiyi üçün dünən aclıq aksiyasını dayandırmaq qərarına gəlib.  “Təcridxanada İmrana heç bir təzyiq olmayıb, aclıq aksiyasını dayandırmaq qərarını özü könüllü olaraq qəbul edib” – Əliyevin dostu  Elgiz Qəhrəman “Turan “a belə deyib. Əliyev aprelin 18-də, qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Yaxınları bildiriblər ki, ona elektrik cərəyanı ilə işgəncə verərək günahını etiraf etməyə məcbur ediblər. Əliyev işgəncələr barədə məlumat yayımlandıqdan sonra yenidən döyüldüyünü bəyan edib.  Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında...
Ölkə

Vəkildən Ombudsmana cavab: “İşgəncələrlə bağlı müraciəti araşdırmaq əvəzinə…”

22 Noyabr 2024

azadliq.org

“Bu iddialar ki, onlar yalnız jurnalist olduqlarına görə həbs ediliblər, bu, qeyri-ciddi iddiadır, cəfəngiyyatdır” -  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva noyabrın 21-də "BBC Azərbaycanca"nın həbsdə olan jurnalistlərlə bağlı sualına cavab verərkən belə deyib.   O, jurnalistlərin həbsində siyasi motivlərin olmadığını və onların konkret cinayət işi üzrə həbs edildiklərini bildirib.  Məhbuslara işgəncə verilməsi halları ilə bağlı sualı isə Əliyeva belə cavablandırıb: "Bizim Aparata belə məlumatlar daxil olmayıb. Mütəmadi olaraq sosial şəbəkələrdə monitorinqlər aparırıq və ictimailəşən bu məsələlərlə bağlı başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı hüquq pozuntusu aşkar edildildikdə müvafiq addımlar atırıq".  “Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) vəkili Aqil Layic...

Seçilmiş Videolar

Toplum TV loqo