Siyasət

Azər Qasımlı: “Ola bilsin, məni həbs etmək üçün nəsə uydurublar” (Yenilənir)

22 Noyabr, 2024
382

Amerikanın səsi

Ölkədən çıxışına qadağa qoyulan Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bunun səbəbini öyrənməkdən ötrü bu gün Bakı Baş Polis İdarəsinə gedib.

Onun Toplum TV-yə dediyinə görə, idarədə ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənmək üçün ərizə yazıb. Eyni zamanda, o sözügedən qadağanın tezliklə götürülməsini tələb edib. 

A.Qasımlı ona niyə belə qadağa qoyulmasının səbəbini bilmir, amma bəzi ehtimalları var: “Bildiqyim qədər adım hər hansı cinayət işində keçmir. Hər halda mənim belə bir xəbərim yoxdur. Bir şahid qismində də hər hansı bir cinayət işində dindirilməmişəm. Amma biz Azərbaycanda yaşayırıq. Biz bilirik ki, hakimiyyəti tənqid edən istənilən şəxsi həbs edə bilərlər, ona şər ata bilərlər. Ola bilsin, məni həbs etmək üçün nəsə uydurublar  və onun əsasında da bu qadağanı qoyublar. Amma indi bunun nəticəsində nə baş verəcək, onu oturub gözləməliyik”.

SMİ-nin rəhbəri baş verənləri özünə qarşı təzyiq kimi qəbul edir və bunu siyasi qərar adlandırır. 

***
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Bu haqda özü Facebook hesabında yazıb.

“Bu gün səhər Praqaya, oradan da Berlinə səfərim var idi. Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm. Lakin hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir”, - A.Qasımlı yazıb. 

O, qadağanın qanunsuz olduğunu və “ yalnız şərləmə əsasında qoyula biləcəyini” vurğulayır.

Azər Qasımlı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevlə danışdığını və ona məsələnin araşdırılacağı cavabını verdiyini qeyd edib.

O, az əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə gedib. 

Azər Qasımlı əvvələr REAL partiyasının fəallarından olsa da, qurumun keçmiş sədri İlqar Məmmədov həbsdən çıxdıqdan az sonra partiyadan gedib. O, Azərbaycan hakimiyyətinin apardığı siyasətin tənqidçilərindəndir.   


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

17 Sentyabr 2025

Foto: Toplum TV

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb. Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir. Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7...
Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...

Seçilmiş Videolar

Toplum TV loqo