Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü
hüquq.az
Bakı Ağır Cinayətlər Məhkəməsində bir dələduzluq işi üzrə məhkəmə prosesi keçirilir. Müttəhimlər kürsüsündə həkim-cərrah, “Uniklinika” klinikasının baş həkimi Aruz Əliyevlə iş adamı Ehtiram Kərimov əyləşib. Onlar Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadənin 2 milyon manat dəyərində olan əmlakını satıb pulu mənimsəməkdə ittiham olunurlar. İş hakim Mahirə Kərimovanın icraatındadır.
İstintaq materiallarında göstərilir ki, bir müddət əvvəl Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. O da yaxın dostu Aruz Əliyevin məsləhətiylə Türkiyəyə qaçıb. Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə baş etibarnamə verib. İstintaq materiallarına görə Babazadə bir müddət sonra xəbər tutub ki, Aruz Əliyev tanışı Ehtiram Kərimovla əlbir olaraq ona məxsus Binəqədi rayonu ərazisindəki yarımtikilini və Nərimanov rayonundakı əmlakını ümumilikdə 2 milyon manata sataraq pulları mənimsəyiblər.
Babaəli Babazadənin şikayəti əsasında baş həkim Aruz Əliyevlə Ehtiram Kərimov həbs olunub. Hər ikisinə dələduzluq maddəsiylə ittiham irəli sürülüb. İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də şahid qismində tanınıb. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. İstintaqa verdikləri ifadələrində göstəriblər ki, Babəli Babazadə əmlakları satdırıb, pulları Türkiyədə xərcləyəndən sonra ailə üzvlərinin yanında vəziyyətdən çıxmaq üçün hər şeyi onların üzərinə yıxıb.
Vəkillərin həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz edilməsinə dair vəsatətləri də təmin olunmayıb. Hakim təqsirləndirilən şəxslərə bildirib ki, ittihamlar sübuta yetirilsə, onları 14 ilədək həbs cəzası gözləyir.
Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib. Oğlu isə “BLB” MMC-nin rəhbəri olub. Lütvəli Babayev vəzifədən uzaqlaşdırıldıqdan sonra isə biznesini Rusiyaya daşıyıb. Orada “Liqa-Stroy” MMC (OOO LİQA-STROY) təsis edib.
Dekabrın 5-nə təyin olunmuş məhkəmə prosesi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edəcək. Babaəli Babazadə ölkə xaricində olduğuna görə məhkəməyə gəlmir. Onu vəkili Teymur Babayev təmsil edir. Təqsirləndirilən şəxslərsə onun məhkəməyə məcburi gətirilməsini tələb edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
jam-news.net
Hüseyn Məlik məhkəmədə: “Tofiq Yaqublu dedi ki, bu, hakimiyyətin təxribatçısıdır, diqqətli olun”
Sosial şəbəkə hesabı
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb