Məhkəmə

“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu

31 Oktyabr, 2024
835

açıq mənbədən götürülüb

Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə mühakimə olunan beş nəfərdən ibarət sonuncu qrupun da məhkəməsi yekunlaşır.

Oktyabrın 31-də səhər saatlarında başlayan iclasda təqsirləndirilən şəxslər "son söz"lə çıxış ediblər. Söhbət general Hikmət Həsənovun hüquqi işlər üzrə köməkçisi olmuş Fuad Ağayevin, Cümşüd Qurbanovun, Ramil Əhmədovun, Cavid Ağadadaşovun və Fuad Axundovun işindən gedir. Onlar yüzlərlə hərbçiyə işgəncə verməkdə təqsirləndirilirlər. Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov və Fuad Axundov qısa danışıblar. Onlar məhkəmədən bəraət istəyiblər və hakimdən ədalətli qərar gözlədiklərini söyləyiblər. Ramil Əhmədovsa məhkəmədən bəraətlə yanaşı işgəncələrin təşkilatçılarının istintaqa cəlb olunmasını da istəyib.
"Bizə ittiham 
verilib ki, mütəşəkkil dəstənin üzvləri olmuşuq. Bəs bu dəstəni yaradanlar hardadır? Bizə əmr verənlər hardadır? And olsun Allaha, axırda içəridə özümü öldürəcəm. Günahsız olduğum halda ömrümü həbsxanada keçirməkdənsə, ölmək yaxşıdır. Hər şeyi bizim üstümüzə yükləyiblər, özləri kənarda qalıblar. Mənə hərbçi Ruslan Ocaqbəyovun ölümünə görə ittiham verilib. Biz dost olmuşuq, qarşılaşanda bir-birimizlə hərbçi kimi yox, dost kimi salamlaşib hal-əhval tuturduq. Onun ölümünün səbəbkarı biz yox, vəziyyəti ağır olanda yanında olmuş həkimlərdir. Hospitalla aramızda 22 kilometr məsafə vardı, apara bilərdilər, tibbi yardım göstərə bilərdilər, ancaq etmədilər. Ruslan Ocaqverdiyev o həkimlərin qəsdən yaxın durmamaları üzündən öldü. Onun ölumündə komandiri və yanında olsa da, ona tibbi yardım göstərməyən, hospitala götürməyən həkim günahkardır. Ancaq məni şərlədilər", Ramil Əhmədov söyləyib. O, məhkəmədə dindirilmiş şahid və zərərçəkənlərin də əleyhinə ifadə vermədiyini vurğulayıb və məhkəmədən bəraət hökmü çıxarilmasını xahiş edib.
Günün ikinci yarısı 
hökmün elan ediləcəyi gözlənilir. Bu, təqsirləndirilən şəxslərin eyni iş üzrə ikinci məhkumluqları olacaq. Birinci  dəfə 2018-ci ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 10 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun hər biri isə 6 il azadlıqdan məhrum edilib. Tərtər işi üzrə istintaq təzələnəndən sonra onlar cəzalarını çəkərkən eyni maddələrlə ikinci dəfə məhkəmə qarşısına çıxarılıblar. Fuad Ağayev və digərlərinə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar), 341.2 (vəzifə səlahiyyətlərini aşma)və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələrlə ittiham irəli sürülmüşdü. Bir ildən çoxdur davam edən məhkəmədə təqsirləndirilən şəxslər ittihamları rədd ediblər. Onlar məhkəmədə Müdafiə Nazirliyindən gələn göstərişə tabe olaraq hərəkət etdiklərini, ancaq göstəriş verənlərin istintaqdan kənarda qaldıqlarını bildiriblər. Həmin şəxslər özlərini "Tərtər işi" üzrə qurban hesab ediblər.

Bu məhkəmədə şahid qismində bir neçə general da dindirilib. Ancaq həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkənlərin tələblərinə baxmayaraq 1-ci Korpusun rəhbəri olmuş Hikmət Həsənov məhkəməyə çağırılmayıb. Bu isə təqsirləndirilən və zərərçəkənlərin narazılığına səbəb olub. Məhkəmədə səslənən iddialara görə, 1-ci Korpusun hərbi hissəsində verilən işgəncələrə birbaşa Hikmət Həsənov nəzarət edərək əmrlər verib. Bundan əvvəl eyni iş üzrə Bakı Hərbi məhkəməsində daha üç qrupun məhkəməsi yekunlaşmışdı.
Bu iş üzrə növbəti ildə də məhkəmələr gözlənilir.

*****

Məhkəmənin hökmüylə general Hikmət Həsənovun köməkçisi Fuad Ağayev 13 il, digər keçmiş hərbçilər Ramil Əhmədov 9 il 6 ay, Fuad Axundov 9 il 6 ay, Cavid Ağadadaşov 4 il, Qurban Cümşüdov 4 il müddətinə azadlıqdan məhrum edilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Əli Kərimli: “Məhkəmə qərarını doğru hesab etmirəm”

2 Dekabr 2024

jam-news.net

AXCP sədri haqda hökm çıxarıldı, vəkilini və tərəfdaşlarını polis apardı   Dekabrın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin 4 aydır həbsi tələbiylə keçirilən məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə partiya sədri 1500 manat cərimələnib.  Saat 11-ə təyin olunmuş məhkəmə iclasını izləmək üçün Nəsimi Rayon Məhkəməsinin qarşısına gələn cəbhəçilər və jurnalistlər binanın polislər tərəfindən mühasirəyə alındığını görüb. Polis əməkdaşları cəbhəçiləri və jurnalistləri oradan uzaqlaşdırıb. Bir neçə cəbhəçi polis şöbəsinə aparılıb. Az sonra jurnalistlər binanın yaxınlığında bir küncə sıxışıb gözləmək şərtilə əraziyə buraxılsalar da, məhkəmə zalına buraxılmayıblar.  Məhkəmə iclası 15 dəqiqə gecikməylə başlayıb. Əli Kərimli ilk olaraq hakimin diqqətinə...
Məhkəmə

Hüseyn Məlik məhkəmədə: “Tofiq Yaqublu dedi ki, bu, hakimiyyətin təxribatçısıdır, diqqətli olun”  

29 Noyabr 2024

Sosial şəbəkə hesabı

Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Elnur Nuriyev sədrlik edir.  Tofiq Yaqubluya verilmiş ittihama görə, guya zərərçəkmiş Elşən Hüseynovun Almaniyada vətəndaşlıq alması üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Vasitəçilik edən Elnur Məmmədov da həmin vəsaiti alaraq Tofiq Yaqubluya çatdırıb. Elnur Məmmədov Tofiq Yaqublu ilə birlikdə mühakimə olunur. T. Yaqublu ittihamları qəbul etmir.   Bugünkü məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş əlavə şahidlər dindirilib. Əvvəlcə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ifadə verib. İttihama görə, Elnur Məmmədov tanışına saxta viza düzəltdirmək...

Seçilmiş Videolar

Toplum TV loqo