Amerikanınsəsi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 21-də Azərbaycanla bağlı növbəti qərarını elan edib.
Bu haqda hüquqşünas Xalid Ağəliyev məlumat paylaşıb.
“Azadlıq qəzeti və Ramin Cəbrayılzadə Azərbaycana qarşı” işi ifadə azadlığı hüququnun pozuntusu iddiaları ilə bağlı olub.
Ərizəçilər müxalif yönlü qəzet və onun əməkdaşıdır. Qəzet Bakıda iri ticarət mərkəzlərindən birinin rəhbərinin icarədarlarla müxtəlif qanunsuz biznes münasibətindən bəhs edən iki məqalə dərc edib.
Ticarət mərkəzinin rəhbəri məqalələrdəki məlumatların yalan, böhtan olduğunu və nüfuzuna xələl gətirdiyini iddia edərək jurnalisti və qəzeti mülki qaydada məhkəməyə verib. Birinci instansiya məhkəməsinin qərarına görə, qəzet təkzib dərc etməli, 30.000 manat, jurnalistsə 2.000 manat təzminat ödəməli idi. Yuxarı məhkəmələr onların şikayətlərini rədd edərək, həmin qərarı olduğu kimi qüvvədə saxlamışdı.
Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçilər yerli məhkəmələrin qərarlarının onların ifadə azadlığı hüquqlarını pozduğunu iddia edirdilər.
İddianı qəbul edən AİHM mübahisəli məqalələrin mövzusunun – ölkənin ən böyük ticarət mərkəzlərindən birində biznes müstəvisində pozuntulara yol verilməsi iddialarının ictimai maraq doğuran məsələ olduğunu vurğulayıb.
AİHM-in qərarında deyilir ki, yerli məhkəmələr məqalələrdə yer verilən ifadələrin faktiki ifadələr, yoxsa, qiymətləndirici mülahizələr olub-olmadığını incələməyiblər: “Məhkəmə hesab edir ki, ərizəçilərin arqumentinin əksinə olaraq, mübahisələndirilən ifadələr, qiymətləndirici mülahizələr yox, faktlarla bağlı ifadələr olub. Bununla belə, Məhkəmə müşahidə edir ki, bu ifadələr faktiki xarakter daşısa da, ərizəçilərdən qaynaqlanmayıb”.
Məhkəmə qərarında o da qeyd olunur ki, jurnalist məqalədəki iddiaların doğruluğunu yoxlamaq üçün ticarət mərkəzinin rəhbəri ilə əlaqə saxlamağa cəhdlər etsə də, nəticəsiz olub.
AİHM hesab edir ki, yerli məhkəmələrin ərizəçilərin üzərinə ümumilikdə 32 min manat təzminat ödəmək vəzifəsi qoyan qərarları əsaslandırılmayıb.
Qərara əsasən, hökumət ərizəçi Ramin Cəbrayılzadəyə mənəvi zərər əvəzi 2 min avro, hüquqi xərclərə görə ərizəçilərin təmsilçisi Rəşid Hacılıya 1500 avro ödəməlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Annalena Berbek fəalların, jurnalistlərin azad edilməsini azərbaycanlı həmkarı ilə müzakirə edəcək
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?