Agenzia Nova
Angela Merkel Rusiyanın cavab addımlarından ehtiyat edərək Ukraynanın NATO-ya daxil olması prosesini qəsdən ləngidib – Almaniyanın keçmiş kanslerinin hələ dərc olunmamış memuarlarının “Die Zeit” nəşrində paylaşılan hissəsindən belə məlum olur.
Keçmiş kanslerin “Azadlıq: memuarlar, 1954-2021” adlı kitabı gələn həftə dərc ediləcək.
Angela Merkel 16 il Almaniyaya rəhbərlik edib. O, dünyanın ən güclü və nüfuzlu liderlərindən biri hesab olunurdu. Amma son vaxtlar Merkelin siyasi irsi ilə bağlı suallar yaranıb. Çoxları hesab edir ki, Avropanın hazırkı vəziyyətinə və xüsusən də Ukraynadakı müharibəyə Merkelin Rusiyaya ilə bağlı tərəddüdlü mövqeyi səbəb olub (BBC).
KİV-lərdə qeyd olunurdu ki, Merkelin xatirələri müasirlərinin və gələcək nəsillərin gözündə özünü doğrultmağa kömək edə bilər. Amma onun açıqlamalarının tamamilə əks effekt verəcəyini düşünənlər də var.
Merkel memuarlarının mühüm hissəsini Ukraynaya və onun NATO-ya potensial üzvlüyü ilə bağlı tərəddüdlərinə həsr edib.
O, NATO-nun 2008-ci ildəki Buxarest sammitində Ukraynaya namizəd ölkə statusunun verilməsi məsələsinin müzakirə edildiyini yazıb; etiraf edib ki, bu, Kiyev üçün həlledici məqam olub, amma həmin sammitdə qərar verilməyib.
Merkel qeyd edib ki, onda Ukraynaya bunun son olmadığını, üzvlük məsələsinin gələcəkdə yenidən müzakirə ediləcəyini bildiriblər, Putinsə bunu müharibə elanı kimi qəbul edib. Keçmiş kansler yazıb ki, o dövrdə Ukraynanın NATO-ya daxil olmaq istəyini alyansın təhlükəsizliyilə balanslaşdırmaq lazım gəldiyini düşünürmüş.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
nytimes.com
Rusiyanın hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiyadır” – Almaniya kansleri
CNN.com
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?