açıq mənbədən götürülüb
Noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağrılıb.
Görüş zamanı COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyini hədəf almasına etiraz edilib, bu haqda Xarici İşlər Nazirliyinin noyabrın 20-də yaydığı məlumatda deyilir.
Bildirilir ki, Azərbaycanın ev sahibliyi etdiyi BMT tədbirinin boykot edilməsinə çağırışlar, bir çox dövlət başçılarının tədbirə qatılmaması Fransa tərəfindən təşviq edilib. Eyni zamanda qeyd olunur ki, COP29 başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində Azərbaycanın sədrliyini tənqid edən qətnamənin qəbulu qəbuledilməzdir.
Nazirlik səfirin diqqətinə çatdırıb ki, “Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımları sülh prosesinə zərbədir”.
“Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub”, - Azərbaycan tərəf bildirir.
Noyabrın 19-da isə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa XİN-in saytında yerləşdirilən açıqlamaya görə, səfir COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və bu iradlar nəticəsində nazir Anyes Pannye-Runaşenin BMT-nin konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasından sonra dəvət olunub.
“Azərbaycan düşmənçilik hərəkətlərinə son qoymalıdır", XİN-in açıqlamasında deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Fransa və Niderlandı kolonial siyasətdə ittiham etmişdi.
Bu çıxışdan sonra Fransanın naziri Anyes Pannye-Runaşenin BMT-nin iqlim konfransında iştirakdan imtina edib.
44 günlük müharibədən sonra iki ölkənin münasibətləri gərgindir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
Amerikanınsəsi
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?