İqtisadiyyat

Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası

29 Oktyabr, 2024
485

Elmlər Akademiyası

Azərbaycan təxminən 10 gün sonra BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi (həmçinin sədrlik) edəcək.  

Ən maraqlısı odur ki, iqlim dəyişikliyi mövzusunda mötəbər tədbirin keçirlməsini artıq bir ilə yaxındır böyük coşğu ilə aramsız təbliğat mövzusuna çevirən səlahiyyəti dövlət strukturları bu konfransa çox yoxsul və bərbad bir iqlim statistikası ilə gedir.

 

İqlim və ekologiya ilə bağlı mövcud statistik baza

Dövlət Statistika Komitəsinin (DSK) rəsmi saytında “ətraf mühitin mühafizəsi” adlı ayrıca bölmə var. Həmin bölmədə atmosfer havasının çirklənməsi, şirin su və torpaq resursları, xüsusi qorunan ərazilər, istilik effekti yaradan qazların atılması səviyyəsi ilə bağlı müəyyən statistik məlumatlar davamlı olaraq yenilənir. Bununla yanaşı DSK ayrıca olaraq “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı” yaradıb və həmin portalda BMT-nin 17 dayanıqlı inkişaf məqsədinə uyğun olaraq 7 istiqamət birbaşa və dolayı şəkildə ekologiya və ilqim məsələlərilə bağlıdır.

 

Məlumatlardan  yoxsul portal

Təmiz su və sanitariya bölməsində 11 statistik göstəricidən 4-ü barədə məlumat yoxdur. Məsələn, BMT-yə üzv dövlətlər dayanıqlı inkişaf məqsədləri çərçivəsində 2030-cu ilədək hamı üçün təhlükəsiz və əlçatan olmaqla hər yerdə və bərabər şəkildə içməli suya çıxış imkanına nail olmağı hədəfləyib. Bu hədəflə bağlı tərəqqini izləmək üçün rəsmi statistika təhlükəsiz içməli su təchizatı xidmətlərindən istifadə edən əhalinin xüsusi çəkisini müəyyən etməli və ictimailəşdirməlidir.

Başqa bir göstərici təhlükəsiz kanalizasiya xidmətlərindən istifadə edən əhalinin xüsusi çəkisidir. Həmin göstəricilərdən heç birinə dair məlumat yoxdur və portalda qeyd edilir ki, bu göstəricilərin hazırlanması planlaşdırma mərhələsindədir.

Sərfəli təmiz enerji bölməsində isə 6 göstəricidən 2-si barədə məlumat mövcud deyil. Burda xüsusən də təmiz yanacaq və texnologiyalardan istifadə edən əhalinin xüsusi çəkisinə dair məlumat ictimai maraq baxımından əhəmiyyətlidir.

Dayanıqlı şəhərlər və icmalar bölməsində də15 göstəricidən 9-u barədə məlumat mövcud deyil. Xüsusilə də birbaşa iqlim dəyişikliyi ilə əlaqəli məsələlərlə bağlı mühüm statistik göstəricilərə dair hər hansı informasiya yoxdur. Fəlakət nəticəsində yaranmış birbaşa iqtisadi itkilərin qlobal ÜDM-ə faizlə nisbəti, fəlakətlər nəticəsində infrastrukturun mühüm obyektlərinə dəymiş zərər və əsas xidmətlərin işində dayanmaların sayı kimi statistik göstəricilərə dair məlumat olmadığı qeyd edilir.

Elə məsuliyyətli istehlak və istehsal bölməsində də mövzu ilə bağlı son dərəcə mühüm statistik gösrtəricilərə dair informasiyalar toplanmadığı aydın olur. Məsələn, tullantıların təkrar emalının milli səviyyəsi, utilizasiya olunmuş materialların tonla çəkisi, mədən yanacaqlarına ayrılan subsidiyaların məbləğınin ÜDM-ə faiz nisbəti barədə statistik göstəricilərə dair məlumatlar yoxdur.

İqlim dəyişikiyi ilə mübarizə bölməsində 8 statistik göstəricidən 5-i barədə məlumat açıqlanmır. Məsələn,  fəlakət riskinin azaldılması ilə bağlı yerli strategiyalar hazırlayan və həyata keçirən yerli hakimiyyət orqanlarının sayı, 2015-2030-cu illərdə fəlakət riskinin azaldılması üzrə milli strategiya qəbul etmiş  ölkələrin sayı barədə göstəricilər yoxdur.

Nəhayət, dəniz və torpaq ekosistemlərinin mühafizəsi bölmələrində ümumilikdə 24 göstəricinin açıqlanması nəzərdə tutulsa da, onlardan 16-na dair heç bir məlumat əldə etmək mümkün deyil. Sözügedən bu bölmələr çərçivəsində açıqlanmayan vacib məlumatlara nümunə kimi plastik tullantıların sıxlığı, reprezentativ stansiyalar vasitəsilə ölçülən dəniz suyunun orta turşuluğu, dəniz ərazilərinin qorunan sahələri, qırmızı siyahı indeksi kimi informasiyaları göstərmək mümkündür.

Belə görünür ki, COP29-a hazırlıq məqsədilə son bir ildə çox fərqli işlər görmək üçün resurs ayırmağa, zaman sərf eləməyə maraq olsa da, iqlim dəyişikliyi ilə bağlı ictimai maraq doğuran statistik məlumat bazasını qaydaya salmağa ehtiyac duyulmayıb. Halbuki isətnilən sahədə effektiv nəticə əldə etmək üçün ilk növbədə real mənzərəni aydın göstərən, eləcə də atılan addımların tərəqqisini əks etdirən etibarlı statistik göstəricilər sisteminin yaradılmasına daha çox ehtiyac var.

 Toplum TV

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

2025-ci ilin sosial büdcəsi: ünvanlı yardımlar cüzi artırılır, işsizlərə dəstək azaldılır

11 Noyabr 2024

baku.ws

2025-ci ildə əhalinin sosial müdafiəsinə dövlət büdcəsindən 4,8 milyard manat  - 2024-cü ildəkindən 486 milyon manat (11 faiz) çox vəsait ayrılacaq. Əsas sual budur ki, əhalinin ayrı-ayrı sosial qrupları artımdan nə dərəcədə bəhrələnə biləcəklər.   Ən böyük pay pensiyaçılara düşəcək 486 milyon manatlıq artımın 387 milyon manatı, yaxud 80 faizi əmək pensiyalarının indeksləşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna -  transferlərin genişləndirilməsinə yönəlidiləcək. Ümumilikdə gələn il Fonda dövlət büdcəsindən 1,6 milyard manat köçürüləcək. 2024-cü ilin büdcəsində həmin məbləğ 1,2 milyard manatdan bir qədər çox olub. “Əmək pensiyaları haqqında” Qanuna görə, pensiyaların sığorta hissəsi hər il orta aylıq əməkhaqqının illik artım tempinə...
İqtisadiyyat

AZCON yaradıldı - metropolitendən AZAL-adək yeni holdinqin nəzarətində 

8 Noyabr 2024

maşet.az

Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Başqa bir fərmanla Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, həmçinin dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib. AZCON-a daxil olacaq qurumlar bunlardır: “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və “Bakı Gəmiqayırma Zavodu” MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos"), “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və...

Seçilmiş Videolar

Toplum TV loqo